Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandı

Doktoranturaya qəbul imtahanlarının vaxtı açıqlandıAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın elmi müəssisələrinin doktoranturaya qəbul və doktorluq imtahanlarının təşkili və keçirilməsi ilə bağlı iclas keçirilib.

AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov qeyd edib ki, iclasın AMEA-da kadr hazırlığının təkmilləşdirilməsi ilə birbaşa əlaqəsi var. Belə ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarını qəbul etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti “İxtisas fənləri üzrə proqramların və test bankının təsdiq edilməsi haqqında” qərar qəbul edib. Qərarın icrası ilə əlaqədar doktoranturaya qəbul imtahanları noyabrın 16-dan dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək.

Ə.Sadıqov diqqətə çatdırıb ki, fəlsəfə fənni üzrə doktoranturaya qəbul və doktorluq imtahanlarının qəbul edilməsi məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə imtahan komissiyası yaradılıb və Komissiyaya AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev sədrlik edir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər