Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır

Azərbaycan həmkarlar ittifaqları hərəkatının böyük tarixi vardır









1957-ci ildə anadan olmuşdur. 1986-cı ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə «Azərkəndtəsərrüfattexnika»-da fəhlə kimi başlamış və müxtəlif vəzifələrdə çalışmışdır.
1981-ci ildən həmkarlar ittifaqı orqanlarında çalışmış, təlimatçı-müfəttiş vəzifəsindən Ticarət və İstehlak Kooperasiyası İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə kimi yüksəlmişdir. 2000-ci ildə bir neçə sahə həmkarlar ittifaqlarının birləşməsi nəticəsində yaranmış «Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyasının prezidenti seçilmişdir.
1996-cı ildə AHİK sədrinin müavini, 1998-ci ildə isə birinci müavin seçilmişdir.
Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Şurasının, AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və həmkarlar ittifaqlarının inkişafında xüsusi xidmətlərinə görə ölkənin «Tərəqqi» medalı, «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalına layiq görülmüşdür. Bir sıra beynəlxalq həmkarlar ittifaqlarının medalları ilə təltif edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 21.10.2015-ci il tarixli Sərəncamına əsasən İlyas Alxas oğlu Əliyev "3-cü dərəcəli vətənə xidmət" ordeni ilə təltif edilib.

Azərbaycan Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyası 1996-cı ildə təşkil edilmiş, dağ-mədən, metallurgiya, zərgərlik, ağır və ümumi maşınqayırma, cihazqayırma, radioelektronika, avtomobil və kənd təsərrüfatı maşınqayırma və digər uyğun sahə işçilərini özündə birləşdirir.

"Xidmət -İş" Həmkarlar İttifaqları Federasiyası Ticarət, İctimai İaşə və İstehlak Kooperasiyası, Sanatoriya-kurort və Turizm sistemi, Balıq Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqlarının bazalarında yaradılıb və onların hüquqi varisidir, konfederativ əsaslarla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Federasiya Azərbaycan Respublikasının ticarət, ictimai iaşə və istehlak kooperasiyası, mehmanxanalar, balıq təsərrüfatı, sanatoriya-kurort və turizm müəssisələri, pansionat, istirahət evləri və digər xidmət sahələri, sahələr üçün kadr hazırlayan təhsil ocaqları işçilərini, tələblərini, sahə Həmkarlar İttifaqlarının könüllülük əsasında müstəqil, ictimai, qeyri-siyasi təşkilatdır.
05 dekabr 2005-ci ildə II qurultay keçirilib. Qurultayda Federasiyanın Nizamnaməsində dəyişikliklər və əlavələr qəbul edilib, Federasiyanın əsas fəaliyyət istiqamətləri müəyyən edilib. AHİK sədrinin birinci müavini, "Xidmət-İş" Həmkarlar İttifaqı Federasiyasının sədri İlyas Alxas oğlu Əliyevdir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər