Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev: Bizim uğurumuz ümummilli lider Heydər Əliyevin bu sahənin uğurla həyata keçirilməsi dayanır

Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev: Bizim uğurumuz  ümummilli lider Heydər Əliyevin bu sahənin uğurla həyata keçirilməsi dayanır










Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, neft və qaz hasilatı və emalı sənayesində də böyük uğurlar qazanılmışdır. Bütün bunların təməlində ümummilli lider Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi dayanır.

Bu gün dünyanın ən iri neft şirkətlərindən biri kimi tanınan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) malik olduğu müvafiq istehsal gücü və böyük elmi-texniki potensialından səmərəli istifadə etməklə neft-qaz sənayesinin müasirləşdirilməsi istiqamətində gördüyü işləri uğurla davam etdirir.

Qaz Emalı Zavodu təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının emalı, quru qaz, qaz benzini, texniki butan, texniki propan-butan qarışığı, ağır kondensat məhsullarının və digər malların istehsalını həyata keçirir.

Qaz Emalı Zavodu 1958-ci ildə keçmiş Sovet İttifaqının "QİPROAZNEFT" institutu tərəfindən layihələndirilmişdir. Zavodun əsas məqsədi hasil olunan təbii qazın, qaz kondensatının, yüngül karbohidrogenlərin geniş fraksiyasının qabaqcıl texnika və texnologiyalara əsaslanaraq rəqabətə davamlı şəkildə emalını təşkil etməkdir.

Qaz Emalı Zavodunda 21 sahə və istehsalat sexləri və Mərkəzi Anbar fəaliyyət göstərir.

Zavodun qarşısında duran vəzifələrdən biri təsdiq edilmiş Ekoloji Siyasətə uyğun olaraq nəzərdə tutulmuş kompleks tədbirlər daxilində Ekoloji maarifləndirmə işinin təşkil edilməsidir. Müəssisənin sifarişi əsasında tərtib edilmiş kadr hazırlığı planına uyğun olaraq Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr Hazırlığının Təşkili Mərkəzinə zavodun bir mütəxəssisi ekologiya üzrə təlim kurslarına göndərilmişdir.
Mövcud və yeni əkilmiş ağaclara vaxtlı-vaxtında aqrotexniki qulluğu təmin etmək üçün “Ekol Mühəndislik Xidmətləri” QSC ilə müqavilə bağlanmışdır.
İstehsalat prosesi nəticəsində zavodun ərazisində yaranan tullantılar çeşidlənərək müqavilə əsasında utilləşdirilməsi, zərərsizləşdirilməsi üçün ARDNŞ-in Ekologiya İdarəsinin Tullantı mərkəzinə təhvil verilmişdir.

Görülən işlər, həyata keçirilən tədbirlər müəssisənin daha böyük uğurlar qazanmasına təkan verəcək, istehsal potensialını artıracaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər