Neft Fondundakı ehtiyatlarımız azaldı

Neft Fondundakı ehtiyatlarımız azaldı














Ötən il neft-qaz satışından 7,4 milyard manat gəlir əldə edilib

2015-ci il ərzində Neft Fondunun büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat təşkil edib.

Bu barədə Dövlət Neft Fondundan (SOFAZ) bildirilib.

“2015-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 11,6 milyon manat təşkil edib.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 23 milyard 217,8 milyon manat təşkil edib”, - deyə Neft Fondundan qeyd edilib.

Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 61,5 milyon manat vəsait ayrılıb.

35,5 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb.

2015-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.

2016-cı il yanvarın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 9,5% azalaraq 33 574,1 milyon ABŞ dollarına bərabər olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər