Ona etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldub

Ona etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldub


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. İlqar Əliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyevdir.

Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi İlqar Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlqar Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlqar Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu İlqar Əliyevdən danışdılar yaxşı ki, İlqar Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi təyin olunub… İlqar Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

İlqar Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlqar Əliyevi heç vaxt əqidəsindən döndərə bilməz.

İlqar Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlqar Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlqar Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlqar Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlqar Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlqar Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Meliorasiya və Su Təsərrüfatı ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldub. Bizdə hörmətli İlqar Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İmişlidəki göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub – sakinlərin suvarma problemi həll olunur

Ona etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldub


Ölkəmizdə suvarma suyunda yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. İmişlidəki antropen göllərdən Baş Muğan kanalına qısa müddətdə 3,5 milyon kubmetr su vurulub. Nəticədə İmişli, Saatlı və Sabirabadın əkin sahələrində suvarma işləri daha da yaxşılaşıb.

Görülən işlər tanış olmaq məqsədilə İmişliyə gələn Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev açıqlamasında bildirib ki, son 3 ildə ölkə ərazisində olan çaylarda su azlığı müşahidə edilir. Bu da öz növbəsində əkinçilikdə suvarma işlərinə təsir göstərir. Bu kimi problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən respublikada suyun idarə edilməsi ilə bağlı Dövlət Komissiyası yaradılıb. Məqsəd ölkə ərazisində yerləşən su ehtiyatlarından səmərəli istifadə edilməsidir.

“Görülən işlərin davamı olaraq İmişli rayon ərazisində yerləşən göllərə baxış keçirildi və həmin su mənbələrindən suvarma işləri üçün istifadə etmək məqsədə uyğun sayıldı. Göl üzərində yerləşən üzən nasos stansiya vasitəsi ilə avqustun 3-dən Baş Muğan kanalına su vurulur. Səkkiz gündə Baş Muğan kanalına 3,5 milyon kubmetr su nəql edilib və kanal boyunca yerləşən, su çatışmazlığından əziyyət çəkən əkin sahələrinin su təminatı yaxşılaşıb. Xüsusilə də İmişli və Saatlı, qismən də Sabirabad rayonlarının pambıq tarlalarında suvarma işlərinə müsbət təsir göstərib. Ümumiyyətlə, vurulan su hesabına həmin rayonlarda 5 min hektar sahənin suvarılması yaxşılaşıb”, - deyə ASC-nin sədr müavini əlavə edib.

Zakir Quliyev bildirib ki, ölkə rəhbərliyinin tapşırığına əsasən son vaxtlar suvarmada olan çətinliklə bağlı məsələ xüsusi diqqətdə saxlanılır. Daxil olan müraciətlər ASC tərəfindən araşdırılır, növbəlilik prinsipinə uyğun olaraq çətinliklər aradan qaldırılır.

Fermerlərlə söhbət zamanı onlar da suvarmada qarşılaşdıqları çətinlərin həll olunduğunu bildiriblər. İmişli rayonunun Çaxırlı kənd sakini Naqil Vəliyev qeyd edib ki, bir müddət öncə suvarmada yaranan çətinliklə bağlı ölkə rəhbərliyinə müraciət ünvanlanıb: “Ondan sonra qısa müddətdə bu kanal üzərində qurğu inşa edildi və Baş Muğan kanalına vurulan su hesabına bizim sahələrdə olan çətinlik aradan qalxdı. Artıq pambığı üçüncü dəfədir suvarırıq. Prezidentimizə təşəkkür edirik ki, biz sakinlərin müraciətlərinə dərhal reaksiya verildi və çətinliklər aradan qaldırıldı”.

Suvarmada problemlə qarşılaşan rayonun Məzrəli kənd sakini Müştəba Qənbərov da çətinlikərin arxada qaldığını vurğulayıb. “Su çatışmazlığı bir çox problemlərə səbəb olmuşdu. Lakin dövlətimizin başçısının tapşırıqları nəticəsində göllərdən qurğu quraşdırıldı və suyun verilişi təmin olundu. İndi əkin sahələrimizi rahatlıqla suvarırıq. Əgər problem həll olunmasaydı, məhsuldarlıq xeyli az olacaqdı. Görülən bu işlərə görə Prezidentimizə və bu qurğunun quraşdırılmasında əziyyəti keçən hər kəsə təşəkkür edirik”, - deyə Müştəba Qənbərov bildirib.

Ona etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldubOna etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldubOna etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldubOna etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldubOna etibar edilən bütün işlərdə İlqar Əliyev özünü doğruldub
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər