Goranboy hərtərəfli inkişafda

Goranboy  hərtərəfli inkişafda










Regional inkişaf proqramlarının başdan-başa dəyişdirdiyi, əsaslı inkişaf yoluna çıxartdığı bölgələrdən biri də Goranboydur

Azərbaycanın bütün rayonlarında olduğu kimi, Goranboy rayonunda da abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilir. Əlbət ki, bu mənada Nizaməddin müəllimin əməyini qiymətləndirməmək qəbahətdir.

Artıq Goranboy kimi aqrar rayonlara ölkənin xammal əlavəsi kimi deyil, ümumi orqanizmin bir hissəsi kimi baxılır. Paytaxt, sənaye mərkəzləri hansı standartlarla tikilib- qurulursa, kənd rayonları da həmin meyarlarla inkişaf etdirilir. Bu, dövlət başçısı İlham Əliyevin illər əvvəl prezident seçkiləri zamanı regionların sürətli inkişafına nail olmaqla bağlı bəyan etdiyi proqramın ardıcıl, artan sürətlə həyata keçirilməsinin parlaq göstəricisidir. Deməli, yüksək sürətin təminatı yuxarıdan, icrası isə aşağıdan gerçəkləşdirilir.

Son illərdə Goranboy rayonunda turizm inkişaf etməyə başlayıb. Əsasən dağlıq zonada yerləşən Gülüstan ərazisi turistləri özünə cəlb edir. Bu ərazi meşələri, dağ çayları və buz bulaqları ilə məşhurdur. Son dövrlərdə səyahət edənlərin dincəlməsi üçün münbit şərait də yaradılıb.
Rayonun Gülüstan ərazisi, Ağcakənd, Todan, Buzluq, Mənəşli kəndləri turizm üçün çox əlverişlidir: “Son dövrlərdə burada 4 istirahət mərkəzi istifadəyə verilib, Yuxarı Ağcakənd ərazisində daha bir istirahət mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub”.
Rayonda tikilən istirahət mərkəzlərində, daimi isti və soyuq su, uşaqların əylənməsi üçün oyun meydançaları mövcuddur. İstirahət mərkəzlərinin rəhbərləri qiymətlərin də münasib olduğunu, üstəlik bayram tətilində əlavə endirimlərin tətbiq ediləcəyini bildirir.
Həm turizm bölgəsi olması, həm də ərazidə yeni qəsəbələrin salınması səbəbi ilə bölgənin infrastrukturu da yenidən qurulub. Buraya asfalt yol, rabitə xətləri çəkilib, daimi elektrik enerjisi ilə təmin edilib. Bölgəyə istənilən nəqliyyat vasitəsindən istifadə edərək gəlmək mümkündür.
Bu templə davam etsə, Goranboy Azərbaycanımızın ən dilbər guşələrindən biri olacaq.

Goranboyda həyata keçirilən quruculuq işləri, sosial proqramlar davamlı, dinamikdir. İstehsal sahələrində göstəricilər ötən illərlə müqayisədə yüksəlmişdir. Bütün bunlar əhalinin rifahının yüksəlməsini təmin edir. Problemlərin həlli, nəzərdə tutulan işlərin vaxtında reallaşdırılması adamların əhval-ruhiyyəsini yaxşılaşdırır, hər kəsdə razılıq yaradır. Goranboylular qarşıdakı aylarda da uğurları artırmaq, yüksəlişi təmin etmək əzmi ilə yaşayıb-çalışırlar.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər