Cabit Rəsulov: Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb

Cabit Rəsulov: Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb















Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.
İlham ƏLİYEV


Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır

Bu gün biz fəxrlə deyirik ki, Azərbaycan dövlətini dünya dövlətləri arasında irəli çıxaran, ölkəmizi parçalanmaq təhlükəsindən xilas edən, respublikamızın inkişafına möhkəm zəmin yaradan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar onların gücü, iradəsi sayəsində öz milli sərvətlərinə sahib olmaq və onları gələcək inkişafa yönəltmək imkanı qazanırlar. Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı yerinə yetirmişdir. Bu böyük dövlət adamının irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilmişdir. Ölkəmizin bugünkü uğurları, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev yolunun, Ulu Öndərin azərbaycançılıq ideyasının davamıdır.
Fenomenal yaddaşa, yüksək intellektə, geniş dünyagörüşünə, aydın təfəkkürə və dəmir məntiqə malik Heydər Əliyevin beynəlxalq siyasət, iqtisadiyyat, sənaye, maarif, elm, təhsil, ekologiya, ətraf mühit, səhiyyə, mədəniyyət, tarix, hüquq, ədəbiyyat, incəsənət və s. vacib sahələrin dünəni, bu günü, gələcəyi ilə bağlı ideyaları son dərəcə önəmli və faydalıdır. Bu ideyalar Azərbaycan dövlətinin gələcək inkişafı üçün də əvəzsiz məktəbdir.
Dünyada hələ də davam edən və əslində, özünün yeni böhran mərhələsinə qədəm qoyan qlobal iqtisadi-maliyyə tənəzzül tendensiyaları fonunda respublikamızın bütün sahələr üzrə yüksəlişinin davam etməsi, eyni zamanda yeni istiqamətlər üzrə tərəqqi əldə olunması, şübhəsiz ki, Azərbaycanın hərtərəfli inkişaf strategiyasının əyani nəticələridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən ən müasir inkişaf meyillərinə əsaslanaraq həyata keçirilən bu siyasətin uğurlarının bir təzahürü əhalinin sosial rifahının yüksəlməsi və dövlətimizin iqtisadi qüdrətinin artmasıdırsa, digər nümunəsi Azərbaycanın artıq bölgənin iqtisadi güc mərkəzindən dünyanın nüfuzlu geoiqtisadi aktorlarından birinə çevrilməsidir. .

Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir. Artıq Azərbaycanın peykləri - “Azərspace” və “Azərsky” orbitə çıxarılmış və ölkəmiz dünyanın “kosmos ailəsi”nin üzvünə çevrilmişdir.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni sənayeləşmə siyasətində milli hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi də prioritet hədəf kimi qarşıya qoyulub və artıq Azərbaycan Silahlı Qüvvələrinin lazımi silah və hərbi texnika ilə təminatı sahəsində uğurlu addımlar atılır. Artıq ordumuz bir sıra silah və hərbi ləvazimatlarla yerli istehsal hesabına təmin olunur, Azərbaycan istehsalı olan hərbi sənaye məhsulları beynəlxalq sərgilərdə nümayiş olunur və yüksək qiymətləndirilir.

Regionlarda sahibkarlığın inkişafında və yerli potensialdan səmərəli istifadə olunmasında əsas istiqamətlərdən biri də ölkənin müxtəlif şəhər və rayonlarında sənaye məhəllələrinin yaradılmasıdır. Belə məhəllələrin yaradılması yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi, sənaye ilə əlaqəli xidmətlərin inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Beləliklə, Azərbaycan dünyada qəbul olunan demokratik dəyərlərə və ölkənin sosial-iqtisadi reallıqlarına əsaslanan özünəməxsus demokratik inkişaf yolu müəyyənləşdirib və bu yolda inamla irəliləyir.

Cabit Rəsulov,
"AzEurotel"in MMC-nin rəhbəri
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər