Kreml dişlərini qıcadı: Trampın Əliyevə dəstəyi Putini qıcıqlandırır - Gəlişmə

Kreml dişlərini qıcadı: Trampın Əliyevə dəstəyi Putini qıcıqlandırır - Gəlişmə

















ABŞ Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş “Cənub Qaz Dəhlizi” layihəsini dəstəkləməyə davam edir

Bu sözlər prezident Donald Trampın müraciətində deyilir:

“Birləşmiş Ştatlar “Cənub Qaz Dəhlizi”nə qərarlı dəstəyini davam etdirir. Mən Azərbaycanın qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Xəzərin enerji resurslarının emalı və ixracındakı rolunu yüksək qiymətləndirirəm”.

Tramp həmçinin qeyd edib ki, səmimi qəlbdən Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi və islahatlar aparılmasındakı səylərini dəstəkləyir və digər sferalarda da əməkdaşlıq imkanlarının araşdırılmasını istəyir.

ABŞ Azərbaycanla iqtisadi, inzibati və məhkəmə islahatlarının davam etdirilməsi üçün işləməyə hazırdır. ABŞ prezidenti ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupunun həmsədrliyi ilə sülh yolu ilə həllinə sadiq qaldığını vurğulayıb.

Nə Buş, nə Obamanın prezidentliyi dönəmində “Ağ” ev sahiblərindən İ.Əliyevə “səbirsizliklə gözləyirəm” mesajı olmamışdı. Əksinə, ABŞ-Azərbaycan əlaqələri mövsümi olaraq korlanır, gərginlik yaranır, sonra axarına düşürdü.

Məsələn, son olaraq ABŞ Dövlət Departamentinin katibi Con Kerri hakimiyyətin demədiyi qalmamışdı.

Ulus.Az xəbər verir ki, bütün respublikaçı prezidentlər kimi Donald Tramp da geosiyasi maraqları ön plana çəkir.

Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. Donald Tramp həm də biznesmendir və demək onu Azərbaycan kimi ölkələrlə əməkdaşlıqdan əldə olunacaq siyasi və iqtisadi qazanc da maraqlandırır.

Trampın xoş sözləri Rusiyanı qıcıqlandıra bilər. Kreml onsuz da dişlərini qıcayıb və hakimiyyəti sıxışdırır. Trampın məktubu Rusiya-Azərbaycan münasibətlərində gərginliyin ən pik dövrünə təsadüf edir.

Okeanın o başından təhlükə olmaya bilər. Amma qapımızın ağzında timsah çuval ağzını açıb, canavar iti dişlərini qıcayıb, ayı iri pəncələri ilə əzməyə hazırdır.

Rusiya Azərbaycanı açıq şəkildə təhdid etməkdədir: sərhəddən məhsullarımız buraxılmır, azərbaycanlılar ölkədən çıxarılmaqla şantaj edilir.

Ümumrusiya Azərbaycanlıları Konqresi ləğv olunur, “Milyarderlər ittifaqı” projesinin dirilməsi təhlükəsinin işartıları görünür və bütün bunlar prezident seçkilərinə bir il qalmış yaşanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər