İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Energetika Nazirliyində olub

İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İnqrid Tersman Energetika Nazirliyində olub














Energetika Nazirliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersmanla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib. Azərbaycan-İsveç əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan energetika naziri iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs edib. Natiq Əliyev Azərbaycanın həyata keçirdiyi enerji layihələrinin Xəzər regionunu dünyanın diqqət mərkəzinə çevirdiyini, Bakı -Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri və “Cənub Qaz Dəhlizi “ layihəsi ilə dənizlərin və ölkələrin birləşdiyini, əməkdaşlıq formatlarının yarandığını diqqətə çatdırıb. “Bizim üçün vacib məsələ Azərbaycan təbii qazını Avropaya çatdırmaqdır” deyən nazir bu məqsədlə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, layihənin vaxtında başa çatdırılmasına və ortaya çıxan çətinliklərin aradan qaldırılmasına 23 fevralda Bakıda keçiriləcək Məşvərət Şurasının növbəti iclasında nazirlərin görüşünün töhfə verəcəyini deyib. Bildirilib ki, strateji əhəmiyyəti təkcə Azərbaycan, Türkiyə və ümumilikdə regionla məhdudlaşmayan bu layihə ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətinə xidmət etməklə yanaşı, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına hesablanmış alternativ enerji mənbəyi kimi diqqət mərkəzindədir. Natiq Əliyev Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağı ilə yanaşı, “Abşeron” yatağı nümunəsində zəngin qaz resurslarına malik olduğunu bildirib. Gələcəkdə əlavə qaz həcmlərinin “Cənub Qaz Dəhlizi“ layihəsi vasitəsilə uğurla ixrac edilə biləcəyini deyib. “Azərbaycan 2050-ci ilədək neft-qaz sahəsində fəaliyyəti daha da gücləndirəcək proqramlara malikdir” deyən nazir beynəlxalq şirkətlərlə də əməkdaşlıq müddətinin uzadıldığını diqqətə çatdırıb. Natiq Əliyev hazırda Azərbaycan üçün enerjinin istehsalı və paylanmasında yol verilən itkilərin azaldılmasının prioritet olduğunu diqqətə çatdıraraq bu istiqamətdə İsveç təcrübəsindən bəhrələnməyin və əməkdaşlıq etməyin vacibliyini bildirib. Azərbaycanı Avropa üçün vacib ölkə hesab edən səfir xanım İnqrid Tersman isə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf səviyyəsini təmin edəcək tədbirlərin həm də İsveçlə ikitərəfli münasibətlərin genişlənməsinə təsir göstərəcəyini vurğulayıb. Səfir ölkəsinin daha çox bərpa olunan enerji sahəsinə investisiya qoyuluşunu həyata keçirdiyini vurğulayaraq, Azərbaycanda bu istiqamətdə görülən işlər və beynəlxalq şirkətlərin iştirakı ilə maraqlanıb. Görüşdə həmçinin iki ölkə arasında enerji sahəsi də daxil olmaqla iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün biznes nümayəndələri arasında əlaqələrin artırılmasının, forumların keçirilməsinin və bu sahədə yeni imkanların araşdırılmasının zəruriliyi ilə bağlı fikir mübadiləsi aparılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər