Meyitləri hələ də Bakıdadır - 6500 dollar lazımdır

Meyitləri hələ də Bakıdadır - 6500 dollar lazımdır









Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib.

Musavat.com xəbər verir ki, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır. Ailələr Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilir.

Onlardan yalnız birinin- Njonyoh Nans Ekumun atası Bakıya gəlib və oğlunun nəşini Kameruna apara bilib.

“Digər 4 nəfərin ailəsinin maddi imkanı çox pisdir. Onlar heç Bakıya gəlmək üçün pul da tapa bilmirlər. Onlardan meyitləri Kameruna göndərmək üçün isə 6500 dollar ödəmələrini istəyiblər. Artıq 1 aya yaxındır ki, meyitlər Bakıdadır. Onların ailəsinin bu qədər pulu tapa bilməsi isə inandırıcı deyil”,- deyə, mənbə bildirib.

Bildirək ki, Bakının Yasamal rayonunda mənzildə 5 Kamerun vətəndaşının meyiti tapılmışdı.
Hadisə bu il yanvarın 2-də baş vermişdi. Onlardan 4-ü həvəskar futbolçu, biri isə Texniki Universitetin tələbəsi olub.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra aşkarlanmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayon, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları gəlib. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər