Sizin inamınız – Bizim uğurumuzdur! - "Zeytun" apteklər şəbəkəsi

Sizin inamınız – Bizim uğurumuzdur! - "Zeytun" apteklər şəbəkəsi









"Zeytun" apteklər şəbəkəsi ilk gündən bu günə qədər öz müştərilərimizi daima keyfiyyətli məhsullarla təmin etməyi qarşımıza məqsəd qoymuş və hər keçən gün bu missiyanı uğurla həyata keçirtməkdə davam edirik.

Alıcılarımızı yüksək keyfiyyətli dərman preparatları ilə təmin etmək üçün Qafqazın ən böyük dərman idxalçıları ilə tərəfdaşlıq edərək öz fəaliyyətimizi daha da genişləndirmişik. Belə ki, qeyd etdiyimiz əməkdaşlıqlar nəticəsində müştərilərimizə təklif etdiyimiz dərman çeşidlərini zənginləşdirmiş və professional, xüsusi kvalifikasiya keçmiş və gülərüz əczaçı personalı ilə əhaliyə olan xidmətimizin keyfiyyətini daha da inkişaf etdirmişik.

Fəaliyyətimiz yalnız bunlarla yekunlaşmır. Optika sahəsində də qabaqcıl firmalarla əməkdaşlığımızı davam etdiririk. Öz müştərilərimizə dünya markaların optik və kosmetik linzalarını təqdim etməklə yanaşı sizin sifarişləriniz əsasında istəyinizə uyğun xidmətlər də göstəririk. Bundan əlavə optika şöbələrimizdə tam pulsuz olaraq gözlərinizi optik müayinə etdirə və istəyinizə uyğun eynəkləri hazırlatdıra bilərsiniz. Optik məhsullarımız Dövlət Qeydiyyatına alınıb və orjinallığına zəmanət verilir.

Apteklərimizdə idman qida əlavələrinin satışı da təşkil olunur. Qeyd edək ki satışını təşkil etdiyimiz idman qida əlavələri Səhiyyə Nazirliyi tərəfindən tam sertifikatlaşdırılıb.

Əlavə olaraq apteklərimizdə tibbi kostyum, xalat və uniformaların satışları da təşkil olunur. Müştərilərimizə Türkiyənin Monotip, M.F.Pro və s. kimi firmalarının tibbi geyim vasitələrini təklif edir, əgər model və ya ölçülərdə xüsusi təklifləriniz varsa sizdən götürdüyümüz sifarişlər əsasında istəklərinizi həyata keçiririk.

Gündən günə fəaliyyətimizi genişləndirməkdə davam edir və qarşımıza qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik. Çünki sizin inamınız – Bizim uğurumuzdur!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər