Putin: "Səfirin öldürülməsi təxribatdır" - VİDEO

Putin: "Səfirin öldürülməsi təxribatdır" - VİDEO









"Ankaradakı səfirimiz Andrey Karlov alçaqcasına qətlə yetirilib".

Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

"Sözsüz ki, bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər - beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb", deyə Rusiya prezidenti qeyd edib.

V. Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib: "Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib".

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş verib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər