Prezidentin hamıdan gizlətdiyi 4 milyonluq villası VİDEO

Prezidentin hamıdan gizlətdiyi 4 milyonluq villası VİDEO








Ukrayna prezidenti Pyotr Poroşenkonun İspaniyanın cənubunda dəyəri 4 milyon avro olan villası aşkarlanıb. “UA Perviy” telekanalı xəbər verir ki, “Sxemlər” araşdırma proqramında nümayiş olunan villa Poroşenkonun gəlirlər haqqında deklarasiyasında qeyd olunmayıb.

Araşdırmada qeyd olunur ki, Marbel kurort zonası yaxınlığında yerləşən villa rəsmi olaraq Poroşenkoya məxsus İspaniyanın “Feruvita SL” firmasının qeydiyyatındadır.

1993-cü ildə tikilən ikimərtəbəli villanın ümumi ölçüsü 1254 kvadratmetrdir. Villanın içərisində hovuz da var.

“Feruvita SL” şirkəti bu ərazini 2008-ci ildə alıb.

Xatırladaq ki, Pyotr Poroşenko 2015-ci il üzrə gəlir deklarasiyasında İspaniyada villasının olmadı haqqında heç nə qeyd etməyib.

azvision.az


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər