Quba rayonunda 2 iyul - Polis işçilərinin peşə bayramı günü qeyd olunub

Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti çətinliyi və məsuliyyəti ilə seçilir. İnsan neçə gün yuxusuz qala bilər, neçə həftə istirahətsiz işləyə bilər? Amma polis bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət edir. Elə bu səbəbdəndir ki, polis işində istirahət anlayışı yoxdur.

Quba rayon polis şöbəsinin rəisi Mehman Əliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mehman Əliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mehman Əliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

2 iyul 2024-cü il tarixdə Polis işçilərinin peşə bayramı günü və Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıdığı Mədəniyyət və İstirahət parkındakı Ümummilli Liderin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri qoyulmuş, sonra isə Quba Rayon İcra Hakimiyyətində xidmətdə fərqlənmiş Polis işçiləri ilə görüş keçirilmişdir. Polis işçilərini təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan polisinin keçdiyi tarixi yola nəzər salmış, Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə ictimai asayişin təmin olunmasında Azərbaycan polisinin oynadığı rolu xüsusi qeyd etmiş, ictimai asayiş keşikçilərinə şərəfli peşə fəaliyyətində uğurlar arzulamış, eyni zamanda onları fəxri fərmanlarla təltif etmişdir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər