Valik Vəlimətov: Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi

Valik Vəlimətov: Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi


Ucar RPŞ-nin rəisi Valik Vəlimətov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Valik Vəlimətovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Valik Vəlimətov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ucar RPŞ-nin rəisi Valik Vəlimətov - Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi

Valik Vəlimətov: Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi


“Polis qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edir və dövlətin ən etibarlı dayağıdır. Bütün dünyada polis çox çətin şəraitdə işləyir. Əlbəttə, kənardan baxana hər şey asan və rahat görünür. Şübhəsiz ki, hər bir peşənin bir-birindən fərqli xüsusiyyətləri, üstünlükləri və çətinlikləri var. Bu peşələrin içində polisin xidməti öz çətinliyi və məsuliyyəti ilə daha çox seçilir. Axşamdan səhərə qədər hər kəs rahat yatır, ancaq polis yuxusuz qalır, asayişi qoruyur, bundan narahat olmur. Çünki bu yuxusuz gecələri və istirahətsiz həftələri xidməti vəzifə öhdəliyi hesab edir, xalqa və qanuna məsuliyyətlə xidmət etməyi özünə şərəf bilir. Belə çətin şəraitdə işləyən, asayişi qoruyan peşə sahiblərinə iftiralar yağdıran, böhtan atan, şərəf və ləyaqətini alçaldan ifadələr işlədənlər nankor və öz şəxsi məqsədlərini hər şeydən üstün tutanlardır”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və aparılan məqsədyönlü islahatların məntiqi nəticəsi olaraq daxili işlər orqanlarının və Daxili Qoşunların əməliyyat-xidməti fəaliyyəti təkmilləşmiş, maddi-texniki bazası modernləşmiş, möhkəm nizam-intizama malik şəxsi heyətimiz üzərinə düşən bütün vəzifələrin öhdəsindən əzmlə gəlmişdir. Digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində respublikada cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə asayişin və təhlükəsizliyin qorunması funksiyaları peşəkarlıqla həyata keçirilmiş, qarşıya qoyulmuş tapşırıqların icrası təmin edilmişdir.

Öz andına həmişə sadiq olan şəxsi heyətin əməyi yüksək qiymətləndirilmiş, möhtərəm Prezidentin imzaladığı sərəncamlarla xidmətdə fərqlənən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları dövlət təltiflərinə layiq görülmüşdür.

Vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələrin öhdəsindən bundan sonra da bacarıqla gələcək, ölkə Prezidentinin, Ali Baş Komandanın etimadını doğruldacağıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər