SON DƏQİQƏ! Azərbaycanda polkovnik-leytenant minaya düşdü - YENİLƏNİB - FOTO

SON DƏQİQƏ! Azərbaycanda polkovnik-leytenant minaya düşdü - YENİLƏNİB - FOTO


Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Tərtər rayonu istiqamətində minaya düşdüyünü təsdiqləyib.
Nazirlikdən "Ölkə.Az"a bildirilib ki, fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır.

Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.

***

Azərbaycanda polkovnik-leytenant minaya düşüb.

Bu barədə Oxu.Az Müdafiə Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb.

O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.

SON DƏQİQƏ! Azərbaycanda polkovnik-leytenant minaya düşdü - YENİLƏNİB - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər