Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir

Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) könüllü qəbulunu elan edir.
Belə ki, kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də MEK-də iş effektivliyinin yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər müsabiqədən keçərək “MEK könüllüləri”nə qoşulmaq imkanı əldə edəcəklər.
MEK intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaşarası gəncləri müsabiqəyə qoşulmağa dəvət edir.
“MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri haqqında əlavə məlumatları buradan əldə edə bilərsiniz.

***********
Kitabxana işi sahəsində praktiki bilikləri mənimsəmək, spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb
olunaraq peşəkar kitabxanaçı kimi formalaşmaq, eləcə də Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxana işinin effektivliyinin
yüksəldilməsində yaxından iştirak etmək istəyən gənclər yeni yaradılan “MEK könüllüləri”nə
qoşulmaq üçün müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə intizamlılıq, işgüzarlıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı,
kompüter bacarığı, dil biliyi və digər keyfiyyətlərə sahib olan 18-35 yaşarası gənclərə üstünlük
veriləcək. Seçim CV və anket əsasında aparılacaq, növbəti mərhələyə keçən namizədlər üçün
müsahibə mərhələsi təşkil olunacaq.
AMEA MEK-də könüllülük fəaliyyətinə gənclər üç ay müddətinə qoşularaq müxtəlif sosial
bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə yaxından iştirak edəcək. Könüllü fəaliyyəti
gündəlik olaraq üç növbədə təşkil ediləcək. Növbələrin bölgüsü aşağıdakı kimidir:
– Birinci növbə: saat 10:00–13:00;
– İkinci növbə: saat 14:00–17:00;
– Üçüncü növbə: saat 18:00–21:00.
Könüllülük proqramı ərzində əldə ediləcək əlavə imkanlar:
– Aktivliyi ilə seçilən könüllülərə tövsiyə məktubu;
– AMEA Mərkəzi Elmi Kitabxanasının bir illik oxucu biletini ödənişsiz əldə etmək;
– Fəaliyyəti üzrə sertifikat.
“MEK könüllüləri”nin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
– Mərkəzi Elmi Kitabxanada könüllü fəaliyyətini həyata keçirmək;
– MEK-də keçirilən tədbirlərin təşkilində fəal iştirak etmək;
– MEK-in struktur vahidlərinin gündəlik fəaliyyətinə dəstək göstərmək;
– Kitabxanaya yeni müraciət edən oxuculara kitab və mütaliə haqqında lazımi biliklərin
verilməsi;
– Əlillərin, yaşlı oxucuların kitabxanada daha asan xidmət alması üçün onlara qayğı
göstərmək, eləcə də kitabxanaya gələ bilməyən əlil və yaşlı oxuculara qeyri-stasionar
xidmət göstərmək;
– Oxuculara kitabxanada ənənəvi və elektron kataloqdan, elektron kitabxanadan istifadə
qaydaları ilə bağlı əməli yardım göstərmək;
– MEK-in sosial şəbəkələrdəki rolunun artırılmasına dəstək olmaq;
– MEK-də rəy sorğularının, eləcə də müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üzrə
sorğuların təşkilində iştirak etmək;
– Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət
sahələri.
Müraciətlər 1 iyul 2024-cü il tarixindən 1avqust 2024-cü il tarixinədək qəbul edilir.
“MEK könüllüləri” 1 sentyabr 2024-cü il tarixindən fəaliyyətə başlayacaq.
Tel.: +99412 539 73 65
E-poçt: [email protected]
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər