Bakıdan son tələb: Ermənistan 1992-ci ildəki qərarı ləğv etməlidir - BAŞQA YOLU YOXDUR...

Bakıdan son tələb: Ermənistan 1992-ci ildəki qərarı ləğv etməlidir - BAŞQA YOLU YOXDUR...


Azərbaycan Prezidenti Ermənistanla imzalanacaq sülh müqaviləsi ilə bağlı iki mühüm cəhəti qeyd etdi. İlk olaraq ATƏT-in Minsk qrupundan imtina məsələsidir. Ölkə başçısı da vurğuladı ki, Minsk qrupu yarandığı dövrdən öz missiyasını yerinə yetirməyib. Onun faktiki rolu Azərbaycan torpaqlarının işğal altında qalmasına yardım etməkdən ibarət olub. Digər məqam isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları ilə bağlıdır.

Bunu Teleqraf.com-a politoloq Oqtay Qasımov deyib.

O qeyd edib ki, Ermənistan Konstitusiyasının bir neçə maddəsi Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını özündə ehtiva edir:

“1992-ci ilin 12 iyulunda Ermənistan parlamaneti tərəfindən qəbul edilmiş “qərar” ləğv edilməlidir. Həmin “qərar”a görə, Ermənistanın heç bir vəzifəli şəxsi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan hansısa sənədə imza ata bilməz. Bu baxımdan Ermənistan qanunvericiliyində olan absurd iddialar dəyişdirilməyincə, Azərbaycan haqlı olaraq iki ölkə arasında sülhün bərqərar olacağını mümkünsüz hesab edir”.

Politoloq bildirib ki, Ermənistan tərəfindən ilk reaksiya olaraq parlamentinin spikeri Alen Simonyan Minsk qrupunun buraxılması üçün sülh müqaviləsinin imzalanmasının lazımlılığını qeyd edib:

“Sözsüz ki, bu növbəti manipuliyasiya cəhdidir. Çünki sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi əsas şərtdir”.

Oqtay Qasımova görə, erməni tərəfinin davranışları prosesləri uzatmağa edilən növbəti cəhddir:

“Bu aydın şəkildə müşahidə edilir. Eyni zamanda yaxın bir neçə ayda bu təklifə adekvat reaksiya veriləcəyini və irəli sürülən tələblərin icra olunacağı real görünmür. Ermənistan konstitusiya dəyişikliliyi ilə bağlı müxtəlif bəhanələr irəli sürür. Daxili siyasi vəziyyəti daha çox önə çəkilir. Referendumun keçirilməsi üçün vaxt lazım olduğu, cəmiyyətinin hazırlanmasının vacibliyi qeyd edilərək prosesi uzatmağa çalışılacaq. Bu halda sülhün əldə edilməsi gecikəcək”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər