Vətəndaşlara vacib XƏBƏRDARLIQ - Təhlükə var!

Vətəndaşlara vacib XƏBƏRDARLIQ - Təhlükə var!


Məlumdur ki, hər hansı bir müqavilə bağladığımız zaman, yaxud ev üçün kreditə əşya götürəndə burada şəxsiyyət vəsiqəmizi təqdim etməli oluruq. Ancaq o da sirr deyil ki, şəxsiyyət vəsiqəsindəki məlumatlar çox ciddi xarakterə malikdir. Əgər bu sənəd dələduzların əlinə keçərsə, bizim üçün nəticə yaxşı olmaz.

Bəs belə risklərdən özümüzü necə sığortalayaq?

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev mövzu haqda bir sıra nüansları “Yeni Sabah”la bölüşüb:

“Bu məsələ informasiya təhlükəsizliyinə aiddir. Ümumiyyətlə, biz məlumatların paylaşılması baxımından çox seçici və diqqətli olmalıyıq. Hər kəs üçün açıq məlumat olaraq, ad və soyad bəzi hallarda isə ata adının bilinməsi yetərlidir. İnsanların öz şəxsi məlumatlarını paylaşmaq seçimi özünə aid olsa da, artıq dövrümüzün gətirdiyi yeniliklər və dəyişikliklər bir qədər həssaslıq tələb edir. Ona görə də başqasına aid məlumatları o cümlədən, şəxsiyyət vəsiqəsi və ya digər sənədləri ikinci bir şəxsə vermək və ya başqasının onu alaraq uzun müddət saxlaması, icazəsiz sürət çıxarması dügün hesab edilmir. Hətta informasiyanın qorunmasına diqqət etməyən müəssisəyə vəsiqənin sürətini də etibar etmək olmaz. Keçmiş zamanlarda kütləvi olaraq küçələrdə telefon nömrəsi satan dələduzların həmin nömrələri necə sənədləşdirdikləri şübhəlidir. Qeydiyyat zamanı əlavə təhlükəsizlik tədbiri olaraq, şəxsiyyətin hansısa formada təsdiqi tələb olunmayan onlayn sistemlərdə şəxsin iştirakı olmadan müəyyən qeydiyyat vəya əməliyyatlar ola bilər”.

Ekspert vətəndaşlara öz adlarında olan nömrələrin yoxlanılması barədə çağırış edib:

Tövsiyyə edərdim ki, https://portal.rinn.az/az portalından, vətəndaşların adına olan mobil nömrələr barədə məlumat pəncərəsindən hər kəs öz adında olan mobil nömrələri yoxlasın. Ona aid olmayan nömrələr varsa, əlaqədar operatora müraciət edərək bağlasın. Eyni zamanda dələduzlar sizin adınıza doğum gününüzə və FİN nömrənizə uyğun yalançı kompaniyalar yaradaraq, sizi narahat edə və aldatmağa çalışa bilərlər. Ona görə də bütün onlayn qurumlar, banklar və maliyyə müəssisələri, kimlik təsdiq prosedurları tətbiq edir və etməlidir. Beləliklə bu məsələ şəxsi məlumatların icazəsiz istifadəsini məhdudlaşdırmağa kömək edəcək.

İnternet saytlarında və digər platformalarda məxfilik siyasətlərini oxumaq lazımdır. Sizə aid məlumatları necə saxladıqlarını, necə istifadə etdiklərini və hansı təhlükəsizlik tədbirləri aldıqlarını dəqiqləşdirməyə ehtiyac vardır. Unutmamaq lazımdır ki, informasiya silahdan daha güclü alətdir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər