Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Bəzi internet saytlarında FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Müsədin Namazov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Müsədin Namazovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Müsədin Namazov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Azərbaycan Respublikası Memarlar İttifaqı Rəyasət Heyəti Katibliyinin 04 nömrəli qərarı ilə Azərbaycan Memarlar İttifaqının yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Memarlar İttifaqı üzvünün “Fəxri Nişanı” (2008-ci il);

Heydər Əliyevin anadan olmasının 85 illiyi münasibətilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində dövlət qulluğunda fərqləndiyinə və əldə etdiyi nailiyyətlərə görə “Fəxri Fərman” (2008-ci il);

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı (2010-cu il);

Müsədin Namazov Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Namazov Müsədin Əhməd oğlu Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı ilə təltif edilmişdir


M.Ə. Namazov 2011-ci ilin dekabrından 2012-ci ilin sentyabrına kimi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ İnstitutunun baş memarı vəzifəsində çalışmışdır.

O, 10 oktyabr 2012-ci ildən Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” DLİ-nin direktoru təyin olunmuş və 2014-cü ilin may ayına kimi bu vəzifədə çalışaraq özünü səriştəli rəhbər kadr kimi təsdiq etmişdir.

Müsədin Namazov 2014-cü ilin may ayının 27-də Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun əmri ilə “Azərdövlətlayihə” DBL İnstitutunun direktoru vəzifəsinə təyin olunub və artıq 2-ci ildir ki, 1986-cı ildə AzMİU-nu bitirib təyinatla gəldiyi və uzun illər çalışdığı “Azərdövlətlayihə” DBL İnstitutuna rəhbərlik edir.

M.Ə. Namazov bir memar olaraq hər zaman öz üzərində çalışır, daim yeniliyə can atır və iştirakçısı olduğu bütün layihələrə öz dəsti-xəttini qoyur.


FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru Müsədin Namazov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Müsədin Namazov bu işin müqəddəsliyini qoruyub saxlayır. Müsədin Namazov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Müsədin Namazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Müsədin Namazovu heç vaxt əqidəsindən döndərə bilməz.

Müsədin Namazov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Müsədin Namazov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Müsədin Namazov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Müsədin Namazovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Müsədin Namazov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Müsədin Namazov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun FHN TTNDA “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Müsədin Namazov özünü doğruldub. Bizdə hörmətli Müsədin Namazovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər