Bəzi saytlar şər və böhtan yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq

Bəzi saytlar şər və böhtan yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar - Amma alınmayacaq


Bəzi internet saytlarında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Leysan Məmmədov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər