![İş başında ölən zavod işçilərinin FOTOSU İş başında ölən zavod işçilərinin FOTOSU](https://olke.az/photo/770x415/2024/06/04/1717483717_441420827_430839013082512_7879500096338716005_n.jpg)
Xəbər verdiyimiz kimi, dünən ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, iş yoldaşları vəfat edən həmkarlarının fotolarını paylaşıb.
Qeyd edək ki, hadisə dünən saat 17:00 radələrində baş verib. ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Belə ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə FHN-nin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.
Dünyasını dəyişmiş zavod əməkdaşlarının fotosunu təqdim edirik:
![İş başında ölən zavod işçilərinin FOTOSU İş başında ölən zavod işçilərinin FOTOSU](https://olke.az/file/articles/2024/06/04/1717483757_447771604_3625584337709066_4842405201559698398_n.jpg)