Polis maşını prezident iqamətgahının yaxınlığında ağır qəzaya düşdü - Ölən və yaralananlar var (FOTO)

Polis maşını prezident iqamətgahının yaxınlığında ağır qəzaya düşdü - Ölən və yaralananlar var (FOTO)















əhər saatlarında Bilgəh yolunda ağır qəza baş verib.

Hadisə şahidlərinin AZXEBER.COM-a verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Ərazidə xiodmət göstərən Post Patrul Xidmətinin (PPX) avtomobili prezident iqamətgahının yaxınlığında yolun arakəsmə hissəsinə çırpılıb. Hadisə nəticəsində PPX avtomobili tamamilə yararsız hala düşüb. Nəticədə avtomobildəki polislər yüngül bədən xəsarətləri alıblar.

Hadisə zamanı lentə alınan görüntüləri təqdim edirik:

11.22

Bu gün saat 07 radələrində Bakıda dəhşətli yol qəzası baş verib.

AZTB.info Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına məxsus olan 90 AP 232 dövlət qeydiyyat nişanlı "FİAT Doblo" markalı xidməti avtomobil idarəetmədən çıxaraq hasara çırpılıb. Nəticədə avtomobili idarə edən polis əməkdaşı Kərimov Qoşqar Salman oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər polis əməkdaşı Məmmədov Elnur Eldar oğlu isə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Hadisə nəticəsində daha bir polis əməkdaşının ağır xəsarət aldığı bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, polislər xidməti əraziyə gedərkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər