Rüfət Əzizov dövlətimizə, xalqımıza şərəfli xidmət edir

 Rüfət Əzizov dövlətimizə, xalqımıza şərəfli xidmət edir


Sumqayıt Dövlət Universitetində şagirdlər üçün “Açıq qapı” günləri davam edir
 Rüfət Əzizov dövlətimizə, xalqımıza şərəfli xidmət edir

Sumqayıt Dövlət Universiteti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü ilə təşkil edilmiş orta məktəblərin yuxarı sinif şagirdlərinin universitetlə tanışlığı davam edir. Aprelin 25-də digər məktəblərin abituriyentləri də Sumqayıt Dövlət Universitetində oldular.
Əvvəlcə şagirdlər şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün universitetin həyətində yaradılan abidə kompleksini ziyarət etdilər, sonra universitetlə yaxından tanış olmaq üçün Heydər Əliyev Mərkəzində, ayrı-ayrı fakültə, auditoriya, laboratoriyalarda, Elmi kitabxana, tədris otaqları və idman zalında, eləcə də Tələbə evində oldular. Burada onlara universitet haqqında və ali məktəbin strateji hədəfləri barədə geniş məlumat verildi. Şagirdlər tələbələrlə birgə dərslərdə iştirak etdilər. Auditoriyada ilk dəfə əyləşmək həyəcanı yaşayan məktəblilər tədris olunan dərsləri böyük maraqla dinlədilər. Daha sonra tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün universitetin həyətində təşkil edilən şəraitlə yaxından tanış oldular.
Görüşdə şagirdlərin çoxsaylı sualları cavablandırıldı. Tələbələr üçün yaradılan şəraiti yüksək qiymətləndirən məktəblilərin hər biri SDU-nun tələbəsi olmaq arzusu ilə universitetdən xoş təəssüratlarla ayrıldılar.
Qeyd edək ki, şagirdlərin universitetlə tanışlığı silsilə şəklində davam edəcək.
 Rüfət Əzizov dövlətimizə, xalqımıza şərəfli xidmət edir


SDU-da maliyyə savadlılığı ilə bağlı təlimlər davam etdirilir

 Rüfət Əzizov dövlətimizə, xalqımıza şərəfli xidmət edir


Aprelin 25-də Sumqayıt Dövlət Universitetində “Maliyyə savadlılığı” mövzusunda növbəti təlimlər baş tutub.
Universitetin əməkdaşları ilə bərabər tələbələrin də iştirak etdiyi, SDU İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı, Mərkəzi Bankın müvafiq struktur mütəxəssislərinin təlimçiliyi ilə təşkil olunan təlim Biznesin təşkili və menecment kafedrasının baş müəllimi, iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Zülfiyyə Hacıyevanın spikerliyi ilə başladı.
“Maliyyə savadlılığı” mövzusu ətrafında təşkil olunan bugünkü təlimin ölkəmizdəki bankların rəqəmsal ödənişlərin inkişaf etdirilməsi, bu yönümdə Mərkəzi Bankın apardığı siyasət və həyata keçirdiyi layihələrin istehlakçılar üçün maraq kəsb etdiyini qeyd edən spiker iştirakçıları fəallığa səslədi.
“Ailə büdcəsinin planlaşdırılması” mövzusunda çıxış edən Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyə Qaralova ailə büdcəsinin təşkilinin bütün dövrlər üçün aktuallığını qeyd edərək onun xərclərin idarə olunmasında əsas amillərdən olduğunu qeyd etdi. Xərclərin proqnozlaşdırılması, onun düzgün və dəqiq müəyyən edilməsində buraxılan səhvlərin bu planlaşmada oynadığı rol barədə konkret nümunələr çəkildi.
İqtisadiyyat və maliyyə xidmətlərinin rəqəmsallaşması, rəqəmsal ödənişlərin inkişaf istiqamətləri barədə danışan Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyalə Məmmədova bugünkü istehlak bazarında ödənişlərin 60 faizinin nəğdsiz hesablaşma yolu ilə aparıldığını qeyd etdi. İstehlakçı-bank münasibətlərindən danışan böyük mütəxəssis istehlakçılara müştəriləri olduqları bankın təqdim etdiyi bütün sənədlərlə diqqətlə tanış olmağın gözlənilməz anlaşılmazlıqlardan qaçmaq üçün vacib olduğunu bildirdi.
İştirakçıların interaktivliyi ilə davam edən təlim kibertəhlükəsizlik, mobil tətbiqlər və digər məsələlər barədə sualların cavablandırılması ilə davam etdirildi.

Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizovdur.

Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Rüfət Əzizovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Rüfət Əzizov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Rüfət Əzizov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rüfət Əzizov özünü doğruldub. Bizdə hörmətli Rüfət Əzizovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər