Azərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edir

Azərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edir


İsrail səfirinin müavini ADAU-da olub

İsrailin ölkəmizdəki diplomatik missiya rəhbərinin müavini Doron Pe’er Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqla görüşdən məmnunluğunu bildirərək, ADAU ilə İsrail universitetləri arasında əməkdaşlıq imkanlarını müzakirə edib. Rektor Aqrar Universitet ilə İsrail səfirliyi arasında davamlı və səmərəli əməkdaşlıq əlaqələrinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşdən sonra Doron Pe’er ADAU-nun maddi-texniki bazası ilə yaxından tanış olub. Biotexnologiya mərkəzində olan qonaq burda qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalara baxış keçirib. Bildirilib ki, Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.

Universitetlə tanışlıqdan sonra missiya rəhbərinin müavini ali təhsil müəssisəsinin tələbə evində müxtəlif ixtisaslardan olan bir qrup tələbə üçün mühazirə söyləyib.

Azərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edir
Azərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edir


ADAU-da payız semestrinin imtahan sessiyasına start verilib

2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirinin 10.12.2021-ci il tarixli F-570 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) imtahan sessiyası başlayıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 764 qrup üzrə test, 212 qrup üzrə yazılı və 306 qrup üzrə şifahi formada təşkil ediləcək.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. Rektor bildirib ki, imtahan sessiyası ərzində tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər zəruri tədbirləri həyata keçirmək üçün müvafiq qərargah da yaradılıb.

Qeyd edək ki, imtahan sessiyası 2022-ci ilin fevral ayının 5-dək davam edəcək.

Azərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edirAzərbaycan Dövlət Aqrar Universiteti daim inkişaf edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər