Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb

Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb




Şahbuz rayonunda yerləşən Badamlı kəndinin mineral bulaqları XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb. 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb.
Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su 75 ildir ki, süfrələri bəzəyir. İlkin vaxtlar istehsal sadə formada aparılıb və mövcud su ehtiyatından tam istifadə olunmayıb. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində Badamlı mineral suyunun da istehsal həcmi artıb, yeni zavod qurulub və məhsulun 90 faizi ittifaq ölkələrinə göndərilib. Qısa müddətdə Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb.
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib.

Müəssisədə istehsal edilən mineral su daxili bazarda tələbatı ödəməklə yanaşı, həm də ölkəmizin digər regionlarına və xarici bazarlara çıxarılır.

Badamlı zavodunun istehsal prosesi İSO Keyfiyyət İdarəetmə Sistemi və qida təhlükəsizliyinin tələblərinə uyğun şəkildə təşkil edilib. Müəssisə bütünlüklə beynəlxalq standartlara cavab verir.

Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb
Badamlı mineral suyuna böyük təlabat və rəğbət yaranıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Badamlı Mineral Sular" MMC-nin rəhbəri Hümbət Qəhrəmanovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Badamlı Mineral Sular" MMC-nin rəhbəri Hümbət Qəhrəmanov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Hümbət Qəhrəmanov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

"Badamlı Mineral Sular" MMC-nin rəhbəri Hümbət Qəhrəmanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Hümbət Qəhrəmanovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Hümbət Qəhrəmanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Badamlı Mineral Sular" MMC-nin rəhbəri Hümbət Qəhrəmanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər