Bəhram Bayramov: Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür

Bəhram Bayramov: Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 6 saylı Somatik uşaq sanatoriyasının baş həkimi Bəhram Bayramovdur.

6 saylı Somatik uşaq sanatoriyasının baş həkimi Bəhram Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Bəhram Bayramovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Bəhram Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 6 saylı Somatik uşaq sanatoriyasının baş həkimi Bəhram Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Bəhram Bayramov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Bəhram Bayramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Bəhram Bayramov özünü doğruldub. Bizdə hörmətli Bəhram Bayramovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

6 saylı Somatik uşaq sanatoriyasının baş həkimi Bəhram Bayramov - Bu gün Vətən müharibəsini Zəfərlə başa vuran Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır.
Bəhram Bayramov: Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan mövcud olduğu regionun inkişafında da mühüm rol oynamaqdadır. Belə ki, reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transmilli layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Bu reallığı ABŞ və Qərbdə yaxşı anlayır. Azərbaycanın Cənubi Qafqazada söz sahibinə çevrilməsi, ədalətli və qətiyyətli mövqeyi, ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir ki, 5 aprel Brüssel görüşünün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken, Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen görüşdən əvvəl Prezidenti İlham Əliyevə zəng edərək vəziyyəti izah etməyə, üçtərəfli görüşün təfərrüatlarını müzakirə etməyə məcbur oldular.
ABŞ və Aİ rəhbərliyinin zəngləri və Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşlə bağlı vəziyyəti izah etməyə çalışmaları, Azərbaycan Prezidenti ilə məsləhətləşmələri bir daha ölkəmizin və Prezident İlham Əliyevin kifayət qədər artan nüfuzunun və siyasi lider kimi qəbul olunmasının göstəricisidir.
Qərb birmənalı olaraq anlamalıdır ki, Prezident İlham Əliyevin ədalətli siyasəti Cənubi Qafqazın sülh, sabitlik və əməkdaşlıq adasına çevrilməsini təmin edən yeganə ağıllı seçimdir. Çünki, cənab İlham Əliyev tərəfindən konkret irəli sürülmüş tələblər tarixi siyasi əhəmiyyəti ilə yanaşı, Cənubi Qafqazın yeni konfiqurasiyasını bilavasitə müəyyənləşdirməyə xidmət edir.
Bütün deyilənlərin fonunda belə bir həqiqət də öz təsdiqini tapır ki, güclü və müdrik lideri olan dövlət qarşısında duran bütün məqsədələrə nail ola bilir. Bu baxımdan Vətən müharibəsindən sonrakı bütün proseslərə, ən son Brüssel görüşünə də nəzər salsaq Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər