İçərisində ətdən başqa hər şey olan kolbasalar - ŞOK SÜJET

İçərisində ətdən başqa hər şey olan kolbasalar - ŞOK SÜJET


Hazırda kolbasa və sosislərin hazırlanmasında ətdən istifadə olunmur. Belə məhsulların əsas hissəsini soya, heyvan dərisi, selüloz, sümük və digər tullantı hissələr təşkil edir. Daha sonra onu ətə bənzətmək üçün kimyəvi maddələr istifadə olunur.

Belə bir iddia ATV-nin hazırladığı süjetdə səsləndirilib.

"Kolbasanın yaşlılara, uşaqlara verilməsi düzgün deyil. Kolbasa delikates kimi istifadə olunmalıdır, amma çox təəssüflər olsun ki, bu günləri Azərbaycanda kolbasanı baton şəklində alırlar və evlərinə gətirirlər, hamı oturur yeyir. Olmaz, çünki burada nitrit duzları var ki, E250 kodu ilə tanınan qatqı maddəsidir və siqaretdən daha da zərərlidir. Nə üçün? Bu maddə xərçəng hüceyrəsi yaratmasa da, amin turşuları ilə reaksiyaya girir və bununla xərçəng inkişafında dəstəkçi rol oynayır", - efirin qonağı olan ekspert bildirib.
Daha ətraflı süjetdə:

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər