Bayram Hacıyev: Böyük uğurlara imza atılacaq

Bayram Hacıyev: Böyük uğurlara imza atılacaq


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin sədri Bayram Hacıyev - Son 20 ilin uğurlarına və qarşıdakı dövrün hədəflərinə nəzər saldıqda Azərbaycan xalqının xoşbəxt xalq olduğunu bir daha böyük inamla qeyd edirik. Bu baaxımdan ki, dövlətinin və xalqının gələcəyini düşünən, Azərbaycanın daim zirvələrdə, qarşısına qoyduğu hədəflərə yüksək səviyyədə nail olmasına səy göstərən, qətiyyət nümayiş etdirən Lideri vardır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Suverenliyimizin bərpası fonunda ölkənizdə 7 fevral tarixində prezident seçkiləri keçirildi. Qalib xalqın qalib Lideri 92,12 faiz səs qazanaraq Prezident seçildi. Bu qələbə bir daha xalq-Prezident birliyinin sarsılmazlığını təsdiqlədi. Cənab İlham Əliyevin son 20 ildə düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycana qazandırdığı möhtəşəm zəfərlər xalqımızın 2003-cü ildə seçimində yanılmadığını, daim cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə əminliyi təsdiqlədi. 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013, 2018 və 2024-cü illər prezident seçkilərində xalqın cənab İlham Əliyevə etimadı deyilənlərə bariz nümunədir. Dövlət başçısı andiçmə mərasimində bu məqamı xüsusi qeyd etdi: “İlk növbədə, prezident seçkilərində mənə yenidən böyük etimad və dəstək göstərən doğma Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm. İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam.”
Bayram Hacıyev: Böyük uğurlara imza atılacaq


Hər bir vədin arxasında konkret əməli iş dayandı. Cənab İlham Əliyev andiçmə mərasimində Azərbaycanın hər bir sahədə qazandığı uğurlardan bəhs etməklə yanaşı, qazanılan təcrübənin nümunə olduğunu açıqladı. Ölkəmizin iqtisadi uğurları, ölkələr, xalqlar arasında əməkdaşlıq körpüsü roluna töhfələri, xarici siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsini zəruri edən səbəblər barədə danışdı və bütün hallarda diqqət yenə də tarixi Zəfərimizə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına, yaradılan yeni reallıqlara yönəldildi. Əsas hədəflər sırasında hərbi gücümüzün artırılması və işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin miqyasının daha da genişləndirilməsi qeyd edildi. Bildirildi ki, indi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: “Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur. Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuş olsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.”

İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin edir ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.

Qeyd etdiyimiz kimi, “Dəmir yumruq” gücümüzü, birliyimizi nümayiş etdirdi. Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması gücünün təqdimatı oldu. Ölkəmiz döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü ilə diqqətdə oldu. Tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımız diplomatik mübarizədə qələbəmizi davamlı etdi. Erməni yalanları ifşa olundu. Bəzi dünya gücləri əsil reallıqları bilsələr də ikili standartlara əsaslanan siyasətləri həqiqəti inkar etmək yolunu tutmalarına rəvac verdi. Bu gün də eyni yanaşma davam edir. Buna baxmayaraq qalib Azərbaycan yenə də həqiqətə söykənən, ədalətə və beynəlxalq hüquqa çağırışlar edən siyasətini uğurla davam etdirir, zəfərlərinin miqyasını genişləndirir. Cənab İlham Əliyev “Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi” fikirləri ilə bunu bir daha təsdiqlədi. Həmçinin bu çağırış edildi ki, yeni dövrə qədəm qoyarkən böyük ümidlərlə yaşayırıq: “Əminəm ki, bütün Azərbaycan xalqı böyük ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar atmalıyıq ki, bu ümidlər çin olsun.”

Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra ik rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsi təsadüfi deyil. Eyni dilə, mədəniyyətə, tarixə mənsub iki dövlətin dünyanın heç yerində mövcud olmayan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri ən yüksək zirvədədir. Bu qardaşlıq qarşılıqlı mənfəət güdməyən səmimi münasibətlər üzərində qurulub. Prezident İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi.
Bayram Hacıyev: Böyük uğurlara imza atılacaq


Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir. Qardaş ölkənin iqtisadiyyatının bütün sahələri, eləcə də hərbi və hərbi sənayesi sürətlə inkişaf edir. Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında Bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir. İki dövlətin birgə həyata keçirdiyi iqtisadi və nəqliyyat-loqistika layihələri bölgə ilə yanaşı digər dövlətlərin iqtisadi inkişafına töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır və bu da bu marşrut xəttinin digər ölkələr üçün də nə qədər önəmli olmasından xəbər verir.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir. Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb. İstər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı dünya Azərbaycan Ordusunun gücünün və peşəkarlığının şahidi oldu. Müdafiə Sənayesi sahəsində ölkələrimizin birgə əməkdaşlığı gələcəkdə bu sahədə də böyük uğurlara imza atacaq. Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahələrdə birlik bütün Türkdilli dövlətlərin də birliyinə, Türk Dövlətlər Təşkilatının gələcəkdə güclü bir təşkilata çevrilməsinə də böyük təkan verəcək.

Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək gücümüzü bir gədər də artırdı. Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur. Ölkələrimizə qarşı təxribat törətmək istəyən dövlətlərə birlikdə qətiyyətli və sərt şəkildə cavab verilir. Azərbaycanla Türkiyə bir millət iki dövlət bir yumruq olaraq beynəlxalq aləmdə böyük uğurlara imza atacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər