Laçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTO

Laçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTO


Laçında “Zerti” Aqrosənaye Parkında fəaliyyətə başlayacaq istehsal sahələrindən biri də ayaqqabı fabrikidir. Hazırda son tamamlanma işlərinin görüldüyü fabrikin fəaliyyətə başlaması mart ayının sonuna planlaşdırılır. “PİRSHAGHİ” brendinin yeni Laçın xətti “Zerti” adı altında fəaliyyət göstərəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fabrik Asiya, Avropa və Türkiyə istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilib. Sözügedən fabrik üçün xammal əsasən Türkiyədən gətiriləcək. Bundan başqa, xidmət sektorunda peşəkarlığı artırmaq məqsədilə müəssisəyə qardaş ölkədən və Bakıdakı “PİRSHAGHİ” brendindən təlimçilərin cəlb olunması nəzərdə tutulub. Fabrikin işə başlaması həm də yeni iş yerləri deməkdir. Burada birinci mərhələdə 40-45, ikinci mərhələdə isə 50-55 işçinin çalışacağı gözlənilir. Onların 70-80 faizi Laçın sakinləri olacaq.

Yerli istehsal ayaqqabılarını Azərbaycanın müxtəlif şəhərlərində açılması nəzərdə tutulan “Zerti” mağazalarından almaq mümkün olacaq.

Müəssisədə birinci mərhələdə aylıq 700-750, ikinci mərhələdə 1250-1375, növbəti mərhələdə isə 2500-3000 cüt ayaqqabı istehsalı planlaşdırılır.

İstehsal ediləcək ayaqqabıların gələcəkdə Azərbaycan brendi kimi Avropa ölkələrinə ixracı da planlaşdırılır. Yeni brendin özəlliyi kişi, qadın və uşaq ayaqqabılarının istehsalında istifadə olunan materialların müxtəlif çeşiddə və növdə olmasıdır.


Laçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOLaçında “Zerti” brendi ilə istehsal olunacaq ayaqqabılar Avropaya da ixrac ediləcək FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər