Şuşanın Turşsu kəndi yenidən qurulur- EKSKLÜZİV GÖRÜNTÜLƏR

Şuşanın Turşsu kəndi yenidən qurulur- EKSKLÜZİV GÖRÜNTÜLƏR


Erməni işğalı zamanı dağıdılan yaşayış yerlərindən biri də Turşsu kəndidir. Bura həm turizm pontesialı həm də əsrarəngiz təbiəti ilə seçilir. Artıq digər ərazilər kimi Turşsu kəndi də azadlığının ilk baharına doğru yol alıb və yenidən qurulur. Turşsu kəndinin layihə rəhbəri Elnur Abdullayev bildirib ki, Şuşa rayonu inzibati ərazisinə daxil olan Turşsu kəndi Sarıbaba silsiləsinin Kiçik kirs dağı ətəyində dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir, ümumi ərazisi 122,7 hektardır. Əraziyə aparılan ilkin baxış zamanı bütün evlərin dağıldığı müəyyən edildiyinə görə, yaşayış yerinin yenidən qurulması və layihələndirilməsi qərarı verilib. Bu baxımdan 353 evin tikintisi nəzərdə tutulub. Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turzim sektorunun inkifaşına töhvə verəcək şəkildə hazırlanır. Kənddə infrastruktur, yaşayış evləri, komunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər