Rizvan Bayramov: Qalib xalq qalib sərkərdəsini yenidən seçdi

Rizvan Bayramov: Qalib xalq qalib sərkərdəsini yenidən seçdi


Cəlilabad şəhərində fəaliyyət göstərən “Rizvan” şirkətinin prezidenti Rizvan Bayramov - Seçkilər ilk dəfə Respublikanın bütün ərazilərində keçirildi. 1923-cü ildən Azərbaycanın üzərindən asılan "Domokl qılıncı" üzərimizdən birdəfəlik götürüldü. “Ötən gün - fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Cənab Prezidnetin Xankəndidə səs verməsi bütün dünyaya, xüsusən də ermənilərin havadarlarına bir mesaj idi. Xankəndidə səs verməklə cənab İlham Əliyev bir daha dünyaya bildirdi ki, bura Azərbaycan torpağıdır və kimsə göz dikə bilməz. Biz azad etdiyimiz torpaqlarda demokratik, azad, şəfaf seçki keçiririk. Burada istənilən xalqın nümayəndəsi yaşayıb demokratik prosesin iştirakçısı ola bilər.Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Baxın, budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımızın bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib”.
Rizvan Bayramov: Qalib xalq qalib sərkərdəsini yenidən seçdi

Növbədənkənar prezident seçkiləri bir sıra məqamları və əhəmiyyəti ilə şanlı tariximizə həkk oldu: “Biz 30 ildən sonra ilk dəfə olaraq ərazi bütövlüyümüz tam təmin edilmiş şəkildə seçki keçirdik və bu seçki bütün ölkə ərazisini əhatə etdi. Keçmiş məcburi köçkün bacı və qardaşlarımız öz yurdlarında seçici olaraq səsverməyə qatıldılar. Bununla da biz ərazi bütövlüyümüzü və suverenliyimizi bir daha təsdiq edərək bütün dünyaya nümayiş etdirdik. Həm də qalib, müzəffər xalq olaraq, alnı açıq, üzü ağ. Odur ki, bu seçkilər Zəfər seçkisi olaraq tariximizdə əbədi qalacaq. Qeyd edim ki, seçki kampaniyası başlayandan prosesin sonunadək bütün işlər qanun çərçivəsində, demokratik prinsiplər üzərində quruldu, yeddi namizədin hər birinə bərabər imkanlar yaradıldı. Beynəlxalq və yerli müşahidəçilərin apardıqları monitorinqlərin, keçirilən “exit-poll”arın nəticələri də seçkilərin obyektiv, demokratik keçirildiyini təsdiqlədi. Bu, Azərbaycanda dərin köklərə malik demokratiyanın təzahürüdür”.

Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövr başlayır: “Cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. İlham Əliyev cənabları nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtı ilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır”.
Rizvan Bayramov: Qalib xalq qalib sərkərdəsini yenidən seçdi
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər