Bakıya son zamanlar ərəb turistləri axışmaqdadır
Dünən axşam Bakı otellərinin birində ərəb turistin iştirakı ilə xoşagəlməz hadisə yaşanıb. Oteldə müştəri olan şəxsin Moderator.az - a bildirdiyinə görə, o, otelin girəcəyində bir ərəb və uşaq görkəmli qızın administratorla dialoqunun şahidi olub. Ərəb yanında gətirdiyi qızla nömrəyə getmək istəyirmiş. Otel administratoru isə ərəbə başa salmağa çalışırmış ki, Azərbaycanda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmək cinayətdir.
Məlumatı verən mənbə bildirib ki, o, yaranmış mübahisdən istifadə edərək azyaşlı qızla söhbət edərək ərəbin onu aldadaraq otelə gətirib-gətirmədiyi ilə, eyni zamanda yaşı ilə maraqlanıb, nəticədə məlum olub ki, 2001-ci il təvəllüdlü qız Bakıda yerləşən barların birində ərəblə tanış olub. Otelə isə ərəblə gecələməyə gəlibmiş. Amma otel rəhbərliyi onlara nömrə verməyib.