Delimitasiya ilə bağlı növbəti görüş: İrəliləyiş, yoxsa yerində qaçış? - GƏLİŞMƏ

Delimitasiya ilə bağlı növbəti görüş: İrəliləyiş, yoxsa yerində qaçış? - GƏLİŞMƏ


Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.

Maraqlıdır, delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müəyyən razılaşmanın əldə olunması, səkkiz kəndin qaytarılması məsələsi öz həllini tapacaq?

Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədulluzadə "Cebhe.info"-ya bildirib ki, bu görüşlərdə hər hansı ciddi irəliləyiş gözlənilmir:

"Hesab edirəm ki, hazırkı vəziyyətdə delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müəyyən şifahi razılaşmalar əldə oluna bilər. Amma bu görüşlərdə ciddi irəliləyişlərin olacağını gözləmirəm. Çünki hazırda sülh prosesində durğunluq yaşanır.

Xatırladım ki, bu yaxınlarda AŞPA-da Azərbaycan nümayində heyətinin etimadnaməsinin qəbul edilməməsi Ermənistanda məmnunluqla qarşılanıb. Ermənistan hakimiyyəti bunu özünün diplomatik qələbəsi kimi qələmə verir.

Məhz bu da sülh prosesinə mənfi təsir göstərir. Hesab edirəm ki, hazırk şəraitdə delimitasiya və demarkasiya məsələləri üzrə komissiyaların növbəti görüşlərində müsbət nəticələr əldə olunacağı inandırıcı görsənmir".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər