Paşinyanın çıxışındakı məqamlar: problemlər yaradacağı fikri güclənir

Paşinyanın çıxışındakı məqamlar: problemlər yaradacağı fikri güclənir


Paşinyanın çıxışında Soçi görüşünə dair bir sıra məqamlar diqqət çəkdi.

Birincisi, sərhədin delimitasiya və demarkasiyasıdır:

Nikol təsdiq etdi ki, Soçi görüşünün əsas gündəmindən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. “İmzalana biləcək yeganə sənəd o olacaq ki, Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya üzrə komissiya yaradacaqlar”, - o, bildirdi.

Bunu prosesin başlanğıcı hesab etmək olar və yaradılacaq komissiyası sərhədin delimitasiyasını, daha sonra demarkasiyasını həyata keçirməlidir.

Ən mübahisəli məsələlərdən biri də anklavlarla bağlıdır. Paşinyan anklav məsələsinin hüquqi əsasının olub-olmamasını gündəmə gətirir. Və görünən odur ki, Ermənistan tərəfi komissiyanın yaradılmasına razı olsa da, iddialarından əl çəkmək niyyətində deyil. Soçi görüşünün nəticəsi anklavlar məsələsinin sülh yoxsa, güc yolu ilə həllini də aydınlaşdıracaq.

İkincisi, kommunikasiyanın açılmasıdır:

Sərhədin müəyyənləşməsi ilə bağlı proses başlanırsa, Rusiyanın da marağında olduğu nəqliyyatın blokadadan çıxarılması üzərində irəliləyiş olmalıdır: kommunikasiyanın açılması qrafikinin görüşün gündəmində olduğu istisna deyil;

Hərçənd, Paşinyan Zəngəzur dəhlizindən imtina edir. Bildirir ki, “Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir, biz qərar veririk, yalnız biz”. İrəvan bununla dəhliz yox, nəqliyyat xətti verə biləcəklərini və gömrük postu qurmaq niyyətini açıqlayır. Ən kritik məqamlardan biri də budur, çünki bu, 10 noyabr razılaşmasının 9-cu bəndindən tamamilə imtina edilməsi və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması üzrə yeni razılaşmanın imzalanması zərurətini gündəmə gətirir.

Rusiyanın bunu qəbul edəcəyi ehtimalı azdır: Zəngəzurla dəhlizi ilə bağlı gündəlik dəyişərsə, Bakı Laçın dəhlizində eyni tələblə çıxış edə bilər.

Üçüncüsü, “erməni əsirlər”lə bağlı məsələdir:

Paşinyan “9 noyabr görüşündən” “əsir” məsələsində razılaşmanın olmadığı üçün imtina etdiyini açıqlayır. Bu o sualı önə çıxarır ki, 26 noyabr görüşünə bu məsələdə razılıq olduğu üçün gəlir?
Mümkündür ki, Moskva humanitar məsələdə növbəti nəticəni əldə etmək üçün vasitəçilik etsin. Lakin Bakının bunu qarşılıqsız etməyəcəyi və bu dəfə dəqiq olmayan mina xəritələri ilə dəyişdirməyəcəyi ehtimalı daha güclüdür.

Paşinyanın mətbuat konfransının ümumi məğzi görüş öncəsi erməni ictimai rəyində mövqelərini gücləndirməyə də xidmət edirdi. Amma açıqlamaların motivi Nikolun sərhəd, xüsusilə anklavlar məsələsində və kommunikasiya ilə bağlı problemlər yaratmağa davam edəcəyi fikrini gücləndirir. Və mümkündür ki, “məcburetmə əməliyyatları”na yenidən ehtiyac yaransın.Asif NərimanlıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər