Türkiyə ilə İran arasında imzalanan müqavilənin şərtləri bəlli oldu

Türkiyə ilə İran arasında imzalanan müqavilənin şərtləri bəlli oldu


Xəbər verdiyimiz kimi dünən İran və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi arasında təkbətək görüş baş tutub.

Liderlərin iştirakı ilə ölkələr arasında 10 müqavilə imzalanıb.

İmzalanan sazişləri təqdim edirik:

1.Türkiyə Elektrik Ötürmə AŞ (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi

2.Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

3.Türkiyə Respublikası Rəyasət Heyəti ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

4.Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi

5.Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiya üzrə vitse-prezidenti arasında elmi, sənaye və texnoloji əməkdaşlıq haqqında Anlaşma Memorandumu

6.Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-ci ilin Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Əməkdaşlıq Niyyət Bəyannaməsi

7.Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Əmin Polis Universiteti arasında Anlaşma Memorandumu

8.Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında Anlaşma Memorandumu

9.Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Zabitlərinin Təyinatı haqqında Anlaşma Memorandumu

10.Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma MemorandumuБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər