Qərb özünü Allahın yerinə qoymaq istədi, faciə oldu: Bu, dərsdir – İrəvandakı səfir

Qərb özünü Allahın yerinə qoymaq istədi, faciə oldu: Bu, dərsdir – İrəvandakı səfir


Qərbin əsas məqsədi qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq deyil, Sovet İttifaqının dağılmasından sonra yaranmış vəziyyətdən istifadə edərək dünyada öz hökmranlığını təsdiqləməkdir.

Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində deyib.

Səfir qeyd edib ki, müstəmləkəçilik təfəkkürü aradan qalxmayıb, sadəcə olaraq, formasını dəyişib.

“Uzun müddət əvvəl elan edilmiş bu prinsiplər hələ də gözəl ritorika adı altında fəaliyyət göstərir. Baxmayaraq ki, bu ritorika getdikcə daha aydın olur. Biz bunu Cənubi Qafqaza münasibətdə görürük ki, Amerika nümayəndələri birbaşa Rusiya və İrana qarşı mübarizə kontekstində öz siyasətini müəyyənləşdirirlər.

Ukraynada baş verənlər çox amansız dərsdir. Ona görə də ölkələrin liderləri həqiqətən öz ölkələrinin milli maraqlarını müdafiə etməyə hazır olmalıdırlar”, - rus diplomat qeyd edib.

Diplomatin fikrincə, Ukraynada baş verənlərin dərsi ondan ibarətdir ki, Qərbin sınaqdan keçirdiyi sosial mühəndislik ölkənin reallıqlarına, mədəniyyətinə və xalqının kimliyinə zidd gedirsə, o zaman amansız və çox ağrılı hesablaşma baş verir.

“Qərbin özünü Allahın yerinə qoymaq cəhdi son nəticədə Ukrayna və Rusiya xalqlarının indi yaşadığı faciəyə gətirib çıxardı. Bu hamımız üçün çox ciddi dərs və xəbərdarlıq olmalıdır.

Dünyada baş verən hadisələr göstərir ki, bu yanaşma köhnəlib, çünki o, bəşəriyyətin varlığı üçün təhlükəyə çevrilir. Yer üzündə getdikcə daha çox insana aydın olur ki, hazırkı dünya nizamını qorumaq mümkün deyil, bu, çox təhlükəlidir. Dünyanın müxtəlif regionlarında vəziyyət partlayır. Biz artıq Üçüncü Dünya müharibəsi təhlükəsi barədə ciddi şəkildə danışmağa başlayırıq, bəziləri isə bunun artıq başladığını deyir. Bunu təhrik edən Rusiya deyil, Qərbin ardıcıl siyasəti bu vəziyyətə gətirib çıxarıb”, - Kopırkin bildirib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər