Almaniyalı politoloq: “Ermənilərin yeganə çıxış yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır”

Almaniyalı politoloq: “Ermənilərin yeganə çıxış yolu Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdır”


“Vaxtı ilə İrəvanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində mövqeyi və güclü dəstəyi olsa da, lakin Rusiya-Ukrayna münaqişəsindən sonra bu mövqe zəifləməyə başlayıb. O zaman Qərbdə milli azlıqların öz müqəddəratını təyin etməsi və dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün toxunulmazlığı məsələsində ciddi fikir ayrılıqları var idi. Amma Rusiyanın Ukraynaya ərazi iddiası ilə çıxış etməsi Qərbin milli azlıqlara öz müqəddəratını təyin etmək məsləsi arxa plana keçdi. Qərb dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmamasını qəbuledilməz prinsip kimi qəbul etməyə başladılar”.

Bunu Almaniyadan olan politoloq Aleksandr Rar erməni mediasına açıqlamasında deyib.

O qeyd edib ki, bu baxımdan da yaranmış mövcud vəziyyət Ermənistan üçün çox çətin və mürəkkəbdir: “Bu gün artıq Qərb beynəlxalq hüquqa əsasən Azərbaycanın mövqeyini dəstəkləməkdədir”.

Qərbin Cənubi Qafqaz siyasətinə toxunan politoloq deyib ki, bu gün Qərbin əsas məqsədi Rusiya və İranı Cənubi Qafqazda sıxışdırıb çıxarmaq, Ermənistan-Azərbaycan münaqişəsindən daha vacibdir: “Söhbət Rusiyanı Qafqazdan sıxışdırıb çıxarmaqdan, İranı təcrid etməkdən gedir. Ona görə də Qarabağ ermənilərinin müdafiəsi Qərbin maraqlarına cavab vermir”.

Rar onu da bildirib ki, Avropa bu gün enerji təhlükəsizliyi baxımından Azərbaycandan asılıdır: “Son illər Bakının ünvanına edilən bütün tənqidlərə baxmayaraq, Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşına çevrilir. Enerji təhlükəsizliyi sahəsində tərəfdaş kimi onlara lazımdır. Avropanın enerji sabitliyinə ehtiyacı var, Azərbaycan bunu Türkiyə ilə birlikdə təmin edə bilər”, - deyə politoloq bildirib.

Ermənistanın yaranmış vəziyyətdən çıxış yoluna və Türkiyə ilə münasibətlərinə gəldikdə Aleksandr Rar deyib ki, Ermənistan Rusiya və İran arasında yeni müttəfiqliyə inteqrasiya etməli və ya Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa çalışmalıdır: “Bu cür cəhdlər Ermənistanda artıq edilib, baxmayaraq ki, mənəvi və tarixi baxımdan çox çətindir. Amma zamanında İkinci Dünya müharibəsindən sonra almanlar da belə bir problemlə üzləşdi. Çox çətin idi, lakin diplomatiya yolu ilə problemin həllinə nail olundu və qonşuları ilə normal münasibətlər quraraq sülh şəraitində yaşamalı oldu. Ermənistan da bunu etməlidir. Böhrandan çıxmağın yeganı yolu budur. Çünki geosiyasi vəziyyət Ermənistanın xeyrinə deyil. Ya əbədi olaraq Azərbaycan, Türkiyə ilə münaqişə, konfrantasiyada ya da diplomatik yolla üzləşdiyi problem həll edib sülh şəraitində yaşamalıdır. Hesab edirəm ki, düzgün yol nə qədər çətin olsa da, diplomatik həll yolu tapıb, sülh şəraitində yaşamaqdır”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər