Bu dəfə "!" işarəsi şifrə kimi diqqət çəkdi: maraqlı detal - FOTO

Bu dəfə "!" işarəsi şifrə kimi diqqət çəkdi: maraqlı detal - FOTO


Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri məşq etdirilir. Bu barədə Müdafiə Nazirliyi videoçarx yayıb.

Təlim görüntülərində hərbi texnikaların üzərində "!" (nida) işarəsinin olması diqqət çəkib.

Belə ki, tərs "A" hərfindən sonra bu epizod bir çoxlarının marağına səbəb olub.
Bəziləri "!" işarəsinin "Qarabağ Azərbaycandır və nida" mesajı kimi qiymətləndirsə də, fərqli fikirlər söyləyənlər də olub.

Hərbi texnikanın üzərində əks olunan "nida"ya belə şərh də verilib: "Bu o deməkdir ki, regionumuzda əsas bizik və dediyimiz kimi də olacaq!".

"Bundan əvvəl hamının çox bəyəndiyi “universallığın kəmiyyət göstəricisi” (tərs "A") işarəsi var idi. İndiki işarə isə "faktorial"dır", - deyə bildirənlər də olub.

Bu dəfə "!" işarəsi şifrə kimi diqqət çəkdi: maraqlı detal - FOTOБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər