"Rusiya bölgədə mövqeyini saxlamaq üçün ermənilərin Qarabağa qaytarılmasını istəyir" - ZİBİLƏ DÜŞMÜŞÜK...

"Rusiya bölgədə mövqeyini saxlamaq üçün ermənilərin Qarabağa qaytarılmasını istəyir" - ZİBİLƏ DÜŞMÜŞÜK...


Rusiya prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır, onlar Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin mümkün qayıdışını təmin etmək kontekstində onlardan sonrakı istifadə imkanlarını müzakirə edəcəklər. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Liderlər oktyabrın 13-də MDB Dövlət Başçıları Şurasının iclasının keçiriləcəyi Qırğızıstanda olacaqlar. O, qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır. “Və burada kontingentimizdən mümkün sonrakı istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində müzakirələr aparılacaq”, - deyə o bildirib. Görünən odur ki, Rusiya regionda olan mövqeyini əldən vermək istəmir və bunun üçün mümkün vasitələrdən istifadə etməyə çalışır.
Politoloq Nazim Cəfərsoy Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Uşakovun bu açıqlamalarını Qaluzinin açıqlamalarıyla birlikdə düşünəndə Rusiyanın bölgədə qalma istəklərinin müəyyən təzahürü olduğu aydın görünür. Bu qalmanın ən mümkün yollarından biri, Rusiya baxımından ermənilərin Qarabağa qaytarılmasıdır. Ancaq bu qaytarılma prosesi artıq bu mərhələdə müəyyən məhdudiyyətləri ehtiva edir.

“Çünki Azərbaycan orada şərtlərini qoyacaq. Burda vətəndaşlıqla bağlı məsələlər, eyni zamanda bu coğrafiyada yaşamaq hüququnun varlığı, Azərbaycan vətəndaşlığını qəbul eləməsi kimi kriteriyalar nəzərə alınacaq. Eyni zamanda Azərbaycana qarşı müəyyən cinayətlər işləyənlərə qarşı mühakimələr və s. məsələlər var. Ermənistan tərəfindən köçürülən ermənilərin əhəmiyyətli bir hissəsi geri dönmək istəmir. Onların bir hissəi tarixin müəyyən dövrlərində bu coğrafiyada müxtəlif cinayətlər işləyiblər. Bu motiv səbəbi ilə geri dönmək istəməyənlər var. Rusiyaya güvənmədiyi üçün dönmək istəməyənlər də var. Eyni zamanda burada başqa bir məqam da var. Köçən ermənilər arasında artıq bu coğrafiyada yaşaya bilməyəcəklərini düşündüyü üçün dönmək istəməyənlər var”-deyə politoloq bildirib.

Nazim Cəfərsoy qeyd edib ki, bu səbəbdən də ruslar ermənilərin geri dönməsi üçün çalışacaqlar.

Politoloqun fikrincə, bu məsələ 2020-ci ildə sülhməramlılarla bağlı olan məsələ müqayisədə çox fərqlidir.

“Burada üstünlüyün böyük bir hissəsi, Azərbaycanın əlindədir. Biz dövlət olaraq, ermənilərin bir hissəsinin dönməsində maraqlıyıq. Amma bunu da şərtlərimiz müəyyənləşdirəcək. Əgər geri dönüşlər olarsa, bu çərçivədə Rusiya sülhməramlıları Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələsi, təhlükəsizlik və inam artırıcı faktor rolunu oynamaq istəyə bilərlər. Daha sonra minaların təmizlənməsi prosesində Azərbaycana dəstək vermək istəyə bilərlər. Hazırda bu iki məqam önəmli sayıla bilər. Amma rusların burada qalma imkanları ciddi mənada məhdudlaşıb”-deyə Nazim Cədərsoy əlavə edib.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər