Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşürlər

Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşürlər















Görüş Sankt-Peterburqda olacaq

Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bundan öncə bildirdiyinə görə, Putinin əvvəlcə İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşəcəyi, ardınca isə üç prezidentin birlikdə danışıqlar aparacağı ehtimal olunur.

Uşakov qeyd edib ki, Kreml bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atır.

“İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində, Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik”, - deyə Uşakov bildirib.

Bu prinsiplərdə, xüsusilə Qarabağ probleminin həllində güc tətbiqinin yolverilməz olduğu bildirilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər