Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr Anım Günü münasibətilə “Nizami Rayon Vətən Müharibəsi Şəhidləri" memorial kompleksi önündə tədbir keçirilib.

Tədbirdə Rayon ictimaiyyəti, Milli Məclisin deputatı, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər.

27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.

Vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün qorunması, əzəli torpaqlarımızın düşmən işğalından azad olunması zamanı həyatını itirən şəhidlərimizin əziz xatirələri xalqımız tərəfindən daim uca tutulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncam qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi Xəqani Orucov çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.

27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Meridian” sarayında 27 sentyabr Anım Günü ilə əlaqədar ehsan süfrəsi təşkil edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, I Qarabağ və Vətən müharibəsi şəhid ailələri və qaziləri iştirak ediblər.

Ehsan süfrəsi mərasimində Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan oğullarının ruhuna dualar oxunub.
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Nizami rayonunda 27 sentyabr Anım Günü münasibətilə tədbir keçirilib
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər