Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir

Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir


“Atena” şirkətinin rəhbəri Elşad Rəsulov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elşad Rəsulovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elşad Rəsulov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “Atena” şirkətinin rəhbəri Elşad Rəsulov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Elşad Rəsulov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Strateji baxışımız: Bütün əməkdaşlarımız ilə birlikdə Atena markasını sahib olduğumuz yüksək keyfiyyət və texnologiya, yeni məhsullarımız və daima inkişaf edən strukturumuzla öncə Azərbaycanda və daha sonra dünya bazarında əhəmiyyətli bir markaya çevirmək.

Missiyamız: Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən, iş təhlükəsizliyini və müştəri məmnuniyyətini hədəf seçməklə gida təhlükəsizliyi və keyfiyyətli istehsal üsullarının tətbiqinə tam dəstək verən idarəetmə siyasətini mənimsəmiş və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir.

İdarəetmə siyasəti: Süd və Süd məhsulları istehsalçısı olan, Ağcabədidə fəaliyyət göstərən Atena MMC istehsalçısı, işçiləri və tədarükçüləri ilə birlikdə insan sağlamlığına yüksək səviyyədə xidmət edərək böyüməyi, işçiləri ilə birlikdə istehsal və məhsuldarlığını artırmağı, keyfiyyətli və etibarlı məhsullar istehsal etməklə müştərisi ilə bütünləşib dünya markasına çevrilməyi özünə hədəf seçmişdir.

Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir


Atena MMC olaraq;

Müştərilərimizin və qanunvericliyin tələblərinə uyğun spesifikasiya və İSO 22000:2005 qida təhlükəsizliyi sisteminə uyğun, keyfiyyətli və gigiyenik şəraitdə istehsal edilmiş, qablaşdırılmış və çatdırılması təmin edilən məhsullarımız ilə müştərilərin məmnunluğunu təmin etmək,

Keyfiyyətə nəzarət sistemlərinin fermadan süfrəyə qədər nəzarətdə saxlanmasını təmin etmək və bunun üçün lazımi tədbirlər görmək,

Bütün işçilərinə iş sağlamlığı və işdə təhlükəsizlik qaydaları haqqında məlumat vermək, fərdi məsuliyyətlərini dərk etmələrini təmin etmək üçün treyninqlər təşkil etmək,

Keyfiyyət, qida təhlükəsizliyi ilə bağlı işçilərini, tədarükçüləri, müştəriləri və cəmiyyəti tədris və ünsiyyət vasitələrindən istifadə etməklə məlumatlandırmaq və onlara fərdi məsuliyyət anlayışını aşılamaq,

İşçilərlə birlikdə ortaq təlimlər keçirməklə inkişaf etmək, etdirmək, bununla ölkə miqyasında ixtisaslı kadrlar yaratmaq və ölkənin iqtisadiyyatına və inkişaf edən sənayesinə dəstək vermək,

İşçilərimizin həmişə şirkət daxilində və kənarda Atena MMC-nin hörmət və nəzakət qaydalarına uyğun şəkildə şirkəti təmsil etmələrini, işləyəcəkləri müddət ərzində bu qaydalara riayət etmələrini və bu prinsiplər əsasında münasibət qurmalarını təmin etmək,

Bütün işçilərin Şirkət hədəfləri ilə tanış olmasını təmin etmək və ortaq hədəflərə dogru komanda ruhunda addımlamaq,

Bütün işçilərlə daima təmasda olmaqla qarşılıqlı tələbləri dəyərləndirmək və rəhbərliyin məmnuniyyətini təmin etmək,

Tədarükçülərimizi sistemin ayrılmaz hissəsi və iş ortağı olaraq qəbul etmək, ortaq iş müddətinin davamlı və qarşılıqlı olmasını təmin etmək və şəraiti yaxşılaşdırmağa çalışmaq,

Tədarük prosesinin hər səviyyəsində insan sağlamlığını ön plana çəkməklə məhsulun etibarlılığının və keyfiyyətinin qorunmasını təmin etmək,

Müddət yanaşması ilə qurduğumuz və quracağımız bütün idarəçilik sistemlərinin periodik nəzərdən keçirmələrlə fəaliyyətini qiymətləndirmək və davamlı yaxşılaşdırmaq,

Yüksək keyfiyyətli yeni məhsullar axtarışında olmaq, yeni texnoloji nailiyyətləri təqib etmək və tətbiq etmək, məhsulları ətraf mühit amilinin təsirini ən az səviyyəyə endirəcək şəkildə qablaşdırmaq və daima inkişaf etdirmək,

Təbii mənbədən istifadəni ən az səviyyəyə endirə biləcək sistemlər tətbiq etmək, tullantıların azaldılması, geri qaytarma və çirkliliyin yerindəcə qarşısının alınması üçün çalışmaq, bu mövzuda şirkət üçün illik hədəfləri müəyyən etmək və davamlı inkişafı təmin etmək,

Bütün hüquqi şərtlərə əksiksiz riayət etmək,

Yuxarıda qeyd olunanlara riayət edəcəyimizi öhdəmizə götürürük.

11.05.2011-ci il tarixində fəaliyyətə başlayan ATENA MMC sahib olduğu süd texnologiyası və iş metodu ilə sadəcə Azərbaycanda deyil, dünyada sayılıb-seçilən bir süd toplama ferması və istehsal müəssisəsidir. Bütün süd məhsullarının qida dəyərlərini mühafizə etmək üçün, sahib olduğu texnologiya vasitəsi ilə istehsalın hər nöqtəsində ona nəzarət edir.

ATENA zavodunun gün ərzində 400 ton çiy südün istehsalını avtomatik avadanlıqlar vasitəsilə həyata keçirmək potensialı var. 12.000 m2-i qapalı olmaqla ümumilikdə 240.000m2 ərazini əhatə edir.

ATENA süd və süd məhsulları bazarına ilkin olaraq 32 növ məhsulla daxil olub, bu gün isə artıq 50 növ fərqli məhsulla müştərilərinə xidmət etməkdədir.

ATENA istehsal etdiyi süd məhsullarının sağıldığı nöqtədən satıldığı nöqtəyə 24 saat ərzində çatdırılmasına zəmanət verir. Bunun sayəsində ATENA markalı məhsullar (süd, qatıq, ayran, pendir) əminliklə, heç bir qatqı maddəsindən istifadə edilmədən, təbii (qatqısız) və təravətdən gələn ləzzəti ilk sağıldığı andakı kimi özündə saxlayır.

ATENA özü inkişaf etməklə yanaşı müəssisədə çalışan işçilərin, müştərilərin, fermerlərin, təchizatçıların və istehlakçıların inkişafını da nəzərdə tutur.

ATENA Azərbaycanda ESL sistemi ilə istehsal edilən ilk sud brendidir. Süd istehsal prosesində ultra pasterizasiya və bakteriya sayını azaldan mikrofiltrasiya texnologiyalarından birgə istifadə, südün saxlama müddəti ərzində təzəliyinin qorunmasına, vitamin və mineralların tərkibinin sağıldığı ilk gündəki kimi saxlanılmasına imkan verir.

TEXNOLOGİYA

Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir


ATENA süd məhsullarının qablaşdırılmasında istifadə olunan xüsusi materiallar südü günəş, florasan və s. işıqların təsirindən tam qoruyur. Buna görə də saxlama müddəti ərzində südün tərkibindəki vitamin və minerallar təzə süddə olduğu kimi tam qorunub saxlanılır.

• ilk dəfə olaraq məhsulun təhlükəsizliyini təmin etmək üçün üzərinə folqa çəkilmiş qatıq.
• ilk dəfə ləzzəti hər tərəfinə eyni nisbətdə paylanılmış homogenizə qatıq.
• ilk dəfə şüşə qablarda qablaşdırılan xüsusi qaymaqlı qatıq.
• ilk light məhsullar ailəsi-light qatıq, light süd və daha bir çox yeniliklər.


Atena Azərbaycanda həm BRC (Britaniya Pərakəndə Konsorsiumu) həm də İSO 22000 sertifikatlarına bir arada sahib olan ilk qida firmasıdır.

Atena, qanuni və hüquqi şərtlər çərçivəsində keyfiyyətli işgüzar mühit yaradan, tədarükçüsünü özü ilə birlikdə inkişaf etdirən və bu əsasda fəaliyyət göstərən bir istehsal şirkətidir


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər