"Başı kəsilən" əsgər danışdı: "Sağ-salamatam..."

"Başı kəsilən" əsgər danışdı: "Sağ-salamatam..."










Türkiyədə hərbi çevrilişə cəhd edənlərə qarşı mübarizə aparanlar tərəfindən başı kəsildiyi deyilən əsgərin sağ olduğu məlum olub

Musavat.com-a istinadən məlumatına görə, bəzi sosial şəbəkə iştirakçıları Burak Salıvermez adlı şəxsin şəkillərini paylaşaraq onun başının kəsilərək öldürüldüyünü bildiriblər. Anadolu Agentliyinə açıqlama verən B.Salıvermez baş verən hadisələrdən məyus olduğunu dilə gətirib. 1993-cü ildə İstanbulun Bahçelievlər rayonunda doğulduğunu, Avcılarda yaşadığını qeyd edib. O, 2013-cü ildə Şanlıurfada əsgərlikdə olduğunu, 2014-cü ildə əsgərliyini bitirərək evinə döndüyünü bildirib.

B.Salıvermez deyib: "Məni bir günün içində "öldürdülər".

Bu xəbərlər yalandır. Avcılarda yaşayıram, sağ-salamatam".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər