Ermənistan hakimiyyətini müharibəyə hazırlaşmağa çağırıram - Erməni deputat

Ermənistan hakimiyyətini müharibəyə hazırlaşmağa çağırıram - Erməni deputat


Mən hakimiyyəti sabah bu seçki kampaniyasını dayandırmağa və müharibəyə hazırlaşmağa çağırıram.

Bunu Ermənistan parlamentinin deputatı, İrəvan meriyasına namizəd Yervand Tarverdyan deyib.

“Bu gün vətəndaşlarımızı proqnozlaşdırılan müharibə daha çox narahat edir və mən vəziyyəti təhlil edərək, şəxsən hakimiyyəti sabah bu seçki kampaniyasını dayandırmağa çağırıram”, - o deyib.

Tarverdyanın sözlərinə görə, müharibədə müdafiə prosesinə başlamaq lazımdır: “Ölkəmizin başçısı müxtəlif ölkələrin rəhbərlərini çağırır, amma ölkə daxilində heç bir iş görülmür. Lakin hazırda erməni xalqının əsas vəzifəsi proqnozlaşdırılan müharibəyə hazırlaşmaqdır. Mənim təxminlərimə görə, 7-10 günə müharibənin başlayacağı ehtimalı çox böyükdür. Amma bizdə seçkilər var, onlar insanları psixoloji cəhətdən hazırlamaq belə istəmirlər”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər