Azəri Halal kolbasa və sosiskaları müasir avadanlıqlarla təchiz olunmuş, bütün sanitar tələblərə cavab verən fabrikdə sizin üçün hazırlanır

Azəri Halal kolbasa və sosiskaları müasir avadanlıqlarla təchiz olunmuş, bütün sanitar tələblərə cavab verən fabrikdə sizin üçün hazırlanır


Azəri Halal kolbasa və sosiskaları keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır. Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də “Azəri Halal kolbasa və sosiskaları" müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

Bir neçə marketdə apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Azəri Halal kolbasa və sosiskaları"na üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində “Azəri Halal kolbasa və sosiskaları" qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azəri Halal kolbasa və sosiskaları şirkətinin rəhbəri Əlişir Cəfərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azəri Halal kolbasa və sosiskaları şirkətinin rəhbəri Əlişir Cəfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əlişir Cəfərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əlişir Cəfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azəri Halal kolbasa və sosiskaları şirkətinin rəhbəri Əlişir Cəfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.







Azəri Halal kolbasa və sosiskaları müasir avadanlıqlarla təchiz olunmuş, bütün sanitar tələblərə cavab verən fabrikdə sizin üçün hazırlanır
Azəri Halal kolbasa və sosiskaları müasir avadanlıqlarla təchiz olunmuş, bütün sanitar tələblərə cavab verən fabrikdə sizin üçün hazırlanır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər