Salyan şəhərinin abadlıq-quruculuq işləri çərçivəsində Heydər Əliyev və Əli Zeynalov küçələrində asfaltlanma işləri davam etdirilir
Salyan şəhərinin uzun müddət əsaslı şəkildə təmir olunmayan Heydər Əliyev və Əli Zeynalov küçələrinin yenidən qurulması və abadlaşdırılması davam etdirilir. Qeyd edək ki, rayon ərazisində bəzi istismar müddəti keçmiş küçələrdə abadılıq-quruculuq və asfaltlanma işlərinin mərhələli şəkildə aparılması nəzrərdə tutulmuşdur. Ərazidən görüntüləri təqdim edirik.
Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulları davam edir
Əhali ilə görüşlərin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən rayon ərazisində keçirilən səyyar qəbullar və görüşlərlə yanaşı, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulları keçirilir.