Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL


Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafada təsərrüfatlara baş çəkib, Həzi Aslanov qəsəbəsinin sakinləri ilə görüşüb

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ağstafa rayonuna səfər çərçivəsində Həzi Aslanov qəsəbəsinin sakinləri ilə görüşüb. Kənd meydanında keçirilən görüşdə sakinlərin üzləşdiyi çətinliklər, kəndin əkin və örüş sahələrində vəziyyəti, texnika təminatı və digər məsələlər müzakirə olunub.
Sakinlərin müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Əsasən heyvandarlıqla məşğul olan sakinlərə nazirliyin balansında olan torpaq sahələrindən örüş yeri ayrılması barədə müraciət müsbət həll olunub, payızlıq və yazlıq əkinlər dövründə kəndə əlavə traktor və qoşquların ayrılması qərara alınıb.
Nazir Ağstafa rayonuna səfər çərçivəsində nazirliyin balansında olan müəssisələrə, Dilbaz Atçılıq Kompleksinə baş çəkib, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb. Həmçinin “Kur Fruit Company” şirkətinin Ceyrançöldə saldığı 150 hektar intensiv bağla və “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin fəaliyyəti ilə tanış olub. Təsərrüfatlarda keçirilən görüşlər zamanı aqrar məhsulların istehsalı, qablaşdırılması, emalı və ixracı ilə bağlı fikir mübadiləsi aparılıb, bu istiqamətlərdə görüləcək işlərə nazirlik tərəfindən dəstək veriləcəyi bildirilib.
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL


Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyul günü Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi münasibəti ilə “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin böyük akt zalında keçirilən tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Seymur Orucov bildirib ki, Azərbaycanın bugünkü uğurlarının başlanğıc nöqtəsi olan 14 iyul 1969-cu il tarixindən 54 il keçir. Məhz Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi gün ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği, inkişaf etdirilməsi məhz o dövrdən başlanıb və ölkəmizin bu gününün möhkəm təməli qoyulub. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bügünkü qüdrətli Azərbaycanı yaradaraq Ümummilli Liderin bütün arzularını reallığa çevirdi. Bu gün Ümummilli Liderin ruhu şaddır.

Tədbirdə Ulu Öndərin zəngin və mənalı həyatından, Vətən, xalq qarşısında misilsiz xidmətlərindən bəhs olunub, tarixi kadrlar nümayiş etdirilib. Ölkəmizin tanınmış incəsənət və mədəniyyət xadimləri Ulu Öndər Heydər Əliyevə, eləcə də müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu klassik əsərlər ifa ediblər.

İştirakçılara unudulmaz və yaddaqalan anlar bəxş edən tədbir alqışlarla qarşılanıb.

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL


Ağstafa RİH başçısı Seymur Orucov növbəti səyyar vətəndaş qəbulunu Zəlimxan kənd yaşayış məntəqəsində keçirib

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL


Zəlimxan kənd tam orta məktəbin həyətində təşkil olunan vətəndaşların səyyar qəbulunda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti təşkilatların nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Qəbuldan öncə Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış Tovuz döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar Vətən uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı Zəfərdən, işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdış proqramının icrasından, ölkəmizin hərbi qüdrətindən, şəhid ailələlərinin üzvlərinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından söz açaraq qeyd edib ki, bu gün ölkəmizdə sabitlik və dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə və iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur.

Səyyar qəbulda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb, həlli ilə bağlı müvafiq tədbirlər müəyyən edilib.

Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafada silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər