Qarabağ 4 mərhələ üzrə tam qaytarılır - Şahnazaryandan sensasion açıqlama

Qarabağ 4 mərhələ üzrə tam qaytarılır - Şahnazaryandan sensasion açıqlama


Azərbaycan Qarabağ ermənilərinin ölkəyə tam inteqrasiyası üçün plan hazırlayıb.

Bunu Ermənistan prezidentinin keçmiş xüsusi tapşırıqlar üzrə səfiri David Şahnazaryan “Aravot” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, əsasən yol xəritəsi olan plan inteqrasiya amilinin dörd mərhələsini nəzərdə tutur:

- Sənədlərin, o cümlədən ilk növbədə pasportların Azərbaycan pasportları ilə dəyişdirilməsi.

- Azərbaycan manatının Dağlıq Qarabağa yatırılması.

- Artsaxın qanunsuz silahlı dəstəsinin tam tərksilah edilməsi və buraxılması.

- Hakimiyyətin Azərbaycan hökumətinə tam təhvil verilməsi.

Şahnazaryanın sözlərinə görə, bu yol xəritəsi 12 ay ərzində həyata keçirilməlidir, mərhələlərin hər birinə 3 ay vaxt ayrılıb.

Bundan əlavə, o bəyan edib ki, Azərbaycan bu proqramı Ermənistana verib və Ermənistan hakimiyyəti də öz növbəsində sənədi Arutyunyana verməlidir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər