Köçəryan: “Qarabağ müharibəsində Ermənistan ordusuna 3 mlrd dollar ziyan dəyib”

Köçəryan: “Qarabağ müharibəsində Ermənistan ordusuna 3 mlrd dollar ziyan dəyib”


Bu gün Ermənista ordusuna dəyən ziyanı Azərbaycan və Türkiyə bizdən daha yaxşı bilir.

Bunu Ermənistanın sabiq prezidenti  Robert Köçəryan  erməni mediasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ermənistan ordusuna vurulan ziyan Azərbaycan və Türkiyəyə çoxdan bəllidir. “Odur ki, hakimiyyətin əlimizdə  nə qalması barədə açıqlama verə bilməməsinin səbəbi də bəllidir. İtirdiklərimiz isə qarşı tərəfə sirr deyil”- Köçəryan  qeyd edib.

Köçəryan əlavə edib ki, itkinlərimizi bərpa etməliyik, amma bunu ordunu belə səylə məhv edən insanlar edə bilməyəcəklər. Köçəryan ölkə rəhbərliyinin ordunun itkilərinin miqyasını açıqlamamasını səhv hesab edir və bunu  cəmiyyətdən gizlətmək istəyini cəmiyyətə və vətəndaşlara istehza kimi qəbul edir.

 Köçəryan onu da bilidirib ki, yürüdülən səhv siyasət nəticəsində Ermənistanın Rusiyanın hərbi-siyasi müttəfiqliyindən protektantına çevrilib. “Bu gün general Rustamovun  təhlükəsizliyin təmin olunmasındakı rolu Ermənistanın Silahlı Qüvvələrinin Ali Baş Komandanınkındn daha çoxdur”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər